Əsas Səhifə > Cəmiyyət > LƏNKƏRANDA TİRYƏKXANA AŞKARLANIB

LƏNKƏRANDA TİRYƏKXANA AŞKARLANIB


19-12-2011, 14:12
LƏNKƏRANDA TİRYƏKXANA AŞKARLANIB

NƏTİCƏDƏ 6 NƏFƏR HƏBS OLUNUB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional Şöbəsi ilə Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhərində tiryəkxana aşkarlanıb.

Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran ŞPŞ-nin baş müstəntiqi Elnur Məmmədovun sözlərinə görə, əməliyyat tədbiri zamanı şəhər sakini Kamran Yaşar oğlu Nurullayevin üstündən 2 bükümdə 2,4696 qram miqdarında narkotik vasitə olan tiryək tapılıb.

Polis əməkdaşları daha sonra K.Nurullayevin yaşadığı Arif Bağırov küçəsi, 20 ünvanındakı evin arxa hissəsində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu üçün xüsusi təşkil edilmiş tiryəkxanada aşkar olunan Lənkəran şəhər sakinləri İlqar Sabir oğlu Tağıyevin üzərindən 2 bükümdə 1,075 qram, Əfqan Camal oğlu Muradovun üstündən 1 bükümdə 0,600 qram, Natiq İdris oğlu Xəlilovun üstündən 1 bükümdə 1,042 qram, Camal Bəhrəm oğlu Ağayevin üstündəki kibrit qutusunun içindən 9 bükümdə cəmi 2,183 qram, Yaşar Rəsul oğlu Kərimovun üstündən 1 bükümdə 1,284 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Adı çəkilən şəxslərin 6-sı da həbs olunub.

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Geri qayıt