Əsas Səhifə > Cəmiyyət, Manşet > BAKIDAN RUSİYAYA KİMİN QƏTLİNİ SİFARİŞ EDİBLƏR?

BAKIDAN RUSİYAYA KİMİN QƏTLİNİ SİFARİŞ EDİBLƏR?


20-06-2013, 16:16
BAKIDAN RUSİYAYA KİMİN QƏTLİNİ SİFARİŞ EDİBLƏR?
İLYA ƏLİYEVİN İŞİNDƏ ŞOK GƏLİŞMƏ

DİA.AZ: - Rusiyanın kriminal paytaxtı hesab olunan Sankt-Peterburqdakı mafiyalardan birinə başçılıq edən və eyni zamanda azərbaycanlı millət vəkili Adil Əliyevin ortağı kimi tanınan İlya (İlham) Əliyevdən yeni xəbər var. Bu barədə DİA.AZ-a Rusiyadakı qaynaqlar xəbər ötürüb.

Soydaşlarımızın redaksiyamıza bildirdiklərindən aydın olur ki, «qarpız kralı» kimi tanınan İlya Əliyevlə bağlı istintaq hərəkətləri aparılır və ortaya yeni ittihamlar çıxıb. Mənbənin söylədikləri:

«Məlumdur ki, İlya Əliyevin müdafiəçiləri var və onlar «qarpız kralı»nın azadlığa buraxılması üçün hərəkətdədirlər. Hətta Bakıdan belə onun azadlığa buraxılması üçün çaba göstərənlər var».

Mənbəmiz iddia edir ki, amma buna rəğmən Rusiyanın hüquq-mühafizə orqanları İlya Əliyevə daha dörd azərbaycanlı işi adamının bu günə kimi açılmamış qalan qətli ilə bağlı ittiham irəli sürməyə hazırlaşırlar: «Həmin iş adamları ayrı-ayrı vaxtlarda İlya Əliyev və onun çetesi tərəfindən qətlə yetirilib. Əgər bu ittiham rəsmiləşərsə, o zaman daha bir neçə nəfərin həbsi gözlənilir».

Mənbəmiz bu arada maraqlı bir faktıd açıqlayıb: «Hətta həmin qətllərdən birinin sifarişinin Bakıdan gəldiyi də iddia olunur».

Geri qayıt