Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANDA YENİ İNQİLAB PROJESİ

AZƏRBAYCANDA YENİ İNQİLAB PROJESİ


19-12-2011, 13:58
AZƏRBAYCANDA YENİ İNQİLAB PROJESİ

SAMİR ŞƏRİFOV QƏRBİN ƏSAS ORTAQLARINDAN BİRİDİR

DİA.AZ: - Artıq Qazaxıstanda bir hərəkətlənmə var. Bir çoxları Nursultan Nazarbayevin son günlərinin yaxınlaşdığını anons etməkdədirlər. Əslində buna yetərincə əsas da var. Janaözendən başlayan hərəkətlənmə həm Qazaxıstanın digər şəhərlərinə də keçib, həm də artıq qazax xalqı sovet dövründən miras qalmış diktator Nursultanı devirə bilmələri üçün can itgiləri də veriblər.

Digər yandan isə bu anonsu bir neçə gün əvvəl, «Ərəb baharı» silsiləsinin hədəflərindən biri olan Suriya prezidenti Bəşir Əsədin dilindən də eşitdik. On günəvvəlki açıqlamasında Suriyanın qanlı diktatoru bəyan etmişdi ki, Suriyadan sonra sıra postsovet məkanındadır.

Artıq bunun ilkin işartıları sezilməkdədir. Yəni Qərb və beynəlxalq konsorsium Tunisdən başlatdığı hərəkətlənmələrlə postsovet məkanındakı müsəlman diktatorlarla da birdəfəlik yollarını ayırmaq niyyətindədir.

Bəs Azərbaycan necə? Ölkəmizin taleyi necə olacaq. Hər halda, hazırki Azərbaycan iqtidarı da bu gün Qərbin əsas hədəflərindən biri kimi diqqətə gəlməkdədir. Bu barədə redaksiyamıza diplomatik qaynaqlardan da çox ilginc faktlar daxil olub. Belə ki, Qərbin hələ də Azərbaycanda iqtidar dəyişikliyi ideyasından vaz keçmədiyi bildirilir. Mənbəmiz bildirir ki, bu yöndə çox ciddi fəaliyyət planı da işlənməkdədir.

Təbii ki, yenə də Qərbin Azərbaycandakı əsas istinad nöqtəsi hesab olunan siyasi müxalifətin önəmli yeri istisna olunmur. Amma buna paralel olaraq beynəlxalq konsorsium Azərbaycan iqtidarına aid bir sıra məmurlarla da ortaq projelər üzərində baş sındırır. Məlumatlı mənbələrin iddasına görə, artıq 4 nazir Qərbin laihələrində iştiraka razılıq verib. Və onlardan hətta biri daha da irəli gedərək, hazırki hakimiyyətin yola salınmasından sonra hökumətə başçılıq missiyası üzərində də həyata keçirilən layihələrdə iştirak edir.

Onu da xatırladaq ki, buna qədər də Qərbin Azərbaycanın hakim komandasına qarmaq atmasını müşahidə etmişik. Və bu layihələrdən ən böyüyü hesab olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev hazırda həbsxana həyatı yaşayır. Onun Əli İnsanov və digərləri ilə birgə həbsi isə, əslində daha çox baş verənlərin fərqli məcraya yönləndirilməsinə xidmət edirdi. Çünki 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı hədəfə çevrilən hakim komanda mənsubları içində yeganə olaraq Fərhad Əliyev idi ki, açıq şəkildə Qərbin narıncı inqilab projesində yer alırdı. Ona qədərsə bu projedə adı hallandırılan sabiq Milli Təhlükəsizlik Naziri Namiq Abbasov həmin ərəfədə artıq görəvindən alınmışdı və Özbəkistana səfir göndərilmişdi.

Redaksiyamıza verilən məlumatlarda bildirilir ki, bu dəfə Qərbin əsas ortaqlarından biri hazırda maliyyə naziri vəzifəsini tutan Samir Şərifovdur: «Amma Samir Şərifovla bağlı planlarda Fərhad Əliyev məsələsində olduğu kimi kobud yanlışlıqlar buraxılmır. Fərhad Əiyev artıq bir xalq qəhrəmanına çevrilmişdi və əslində onun həmin dövrdə yerli istehsalın stimullaşdırılması və sahibkarlığın inkişafı naminə həyata keçirdiyi «Hamı yerli mal alsın, xeyir vətənə qalsın» kampaniyası da birbaşa olaraq Fərhad Əiyevin təbliğatı hesab olunurdu».

Diplomatik qaynaqlardan sızan informasiyada vurğulanır ki, siyasi müxalifətin hərəkətlənmələrinə paralel olaraq gələn ilin mart-aprel aylarında hakimiyyət içində də bir çaxnaşma baş qaldıracaq: «Hələlik adı açığa çıxarılan Samir Şərifovla yanaşı, digər gizli partnyorların da açıq dəstəkləri baş verəcək. Ki, bununla da əslində çoxdan planlaşdırılan bir inqilabi dəyişiklik baş tutmuş olacaq».

Mənbə iddia edir ki, YAP iqtidarının devrilməsindən sonra Azərbaycanda hakimiyyətin müxalifətlə hazırki iqtidar mənsublarından bəzilərinin ortaq koalisiyasının yaradılması da plalaşdırılır.

Onu da bildirək ki, bütün bunların yüzə yüz həqiqət olması barədə bizdə heç bir səhih bilgi yoxdur. Biz sadəcə olaraq müxtəlif yollarla redaksiyamıza ötürülmüş məlumatı diqqətinizə çatdırmış olduq. Bizi izləyin…


Geri qayıt