Əsas Səhifə > Siyasət, Manşet > İRANDA RƏSMİ ANTİAZƏRBAYCAN ÇAĞIRIŞI
İRANDA RƏSMİ ANTİAZƏRBAYCAN ÇAĞIRIŞI19-12-2011, 13:18 |
MOLLA DEPUTATLAR AZƏRBAYCANA QRŞI SƏRT ADDIM TƏLƏB EDİR DİA.AZ: - İranın "Cumhuriye İslami" qəzeti dünənki nömrəsində İran İslam Şurası Məclisi (İran parlamenti) nümayəndələrinin ölkənin Xarici İşlər Nazirindən Azərbaycan Respublikasının anti-İran hərəkətləri qarşısındakı reaksiyası və İranın Bakıdakı səfirlik və konsulluq başçılarının Televiziya və Radio Təşkilatının müdirinin deportasiyasına qarşı passiv rəftarının səbəbləri barədə soruşmaq niyyətində olduqlarından xəbər verib. Bu məlumata əsasən, iranlı parlamentarilər XİN-dən bu barədə ciddi və qəti reaksiya verməsini istəyirlər. "Cumhuriye İslami" qəzeti xəbərin davamında yazir: "9 dekabrda Bakı Hava Limanı məmurları İİR Televiziya və Radio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdiri Əhməd Kaziminin Bakıya gəlməsinə mane olublar. Bu hadisə elə bir şəraitdə baş verib ki, bu ölkə prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun Tehrana səfərində iki ölkə arasında media əməkdaşlıqlarının inkişafı üzrə müştərək komitənin yaradılması barədə razılıq əldə olunub və Əhməd Kazimi bu komitədə İranın nümayəndəsi kimi tanıtdırılıb". Onu da qeyd edək ki, fars-molla rejiminin AntiAzərbaycan ovqtlə bəyanatları yenidən rəsmi dillərlə ifadə olunmağa başlayıb. Geri qayıt |