Əsas Səhifə > Hadisə > DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK
DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK20-06-2013, 10:48 |
Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N “ saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Araz Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb. Geri qayıt |