Əsas Səhifə > Güney Press / Manşet > GORANBOYUN ŞEFİ В«YUXARILARIВ» QƏZƏBLƏNDİRİB
GORANBOYUN ŞEFİ В«YUXARILARIВ» QƏZƏBLƏNDİRİB19-06-2013, 17:09 |
|
DİA.AZ: - Goranboyun icra başçısı Nizaməddin Quliyev son günlər barəsində mətbuatda yer alan materiallarla bağlı sorğu-suala çəkilib. Bu məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Mənbənin iddialarına görə, Nizaməddin Quliyev yetərincə В«yuxarılarıВ» qəzəbləndirməyə В«müvəffəq olubВ»: В«Hər halda, bu il seçki ilidir və onsuz da kifayət qədər problemləri olan hakimiyyət üçün hansısa icra başçısının əlavə başağrısı yaratması qəbuledilməzdir. Elə buna görə də əhalini narazı salan icra başçıları ilə bağlı sərt addımların atılması daha çox gözləniləndirВ». Mənbənin iddialarına görə, bu əsnada ilk qurban elə Nizaməddin Quliyev olacaq. Xatırladaq ki, adı bir sıra krminial olaylarda hallandırılan iş adamı Qulam Əkbərova güvənən Nizaməddin Quliyev məhz ondan söykənəcək kimi istifadə edərək hətta Prezident Administrasiyasındakı bəzi yüksəkranqlı məmurlara belə meydan oxumaqdadır. Mənbəmizin iddialarına görə, Qulam Əkbərovun çətiri altında Nizaməddin Quliyevin hökmranlığı çox sürməyəcək: В«Yaxın günlərdə onu vəzifədən alırlar. Hətta seçkilərə qədər Goranboy rayon icra hakimiyyətinin başçısı postunun boş saxlanılması da qərara alınıbВ». Geri qayıt |