Əsas Səhifə > Siyasət, Manşet > BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI

BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI


19-06-2013, 11:27
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
İCRA BAŞÇISI QƏZALI VƏZİYYƏTDƏ OLAN BİNA SAKİNLƏRİNİ BOĞAZA YIĞIB

DİA.AZ: - Keçən günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla bağlı şok faktları diqqətinizə çatdırmışdıq ki, bu materialımız böyük rezonansa nədən oldu. İndi isə redaksiyamıza Asif Əsgərovdan narazılıq edən Səbail rayon sakinlərinin şikayət məktubu daxil olub.

DİA.AZ bildirir ki, Səbail rayonu, Bayıl qəsəbəsi sakinləri redaksiyamıza müraciət edərək yaşadıqları Aqil Quliyev küçəsi 21 ünvanında acınacaqlı durumun olmasından giley-güzar etdilər. DİA.AZ əməkdaşları da şikayətçilərin səslərini eşidərək ərazidə oldular və maraqlı anları qeydə aldılar.

Sakinlər bildirir ki, Aqil Quliyev 21 ünvanının durumu ilə bağlı dəfələrlə Asif Əsgərovun nəzərinə məlumatlar çatdırılıb: «Amma o, bizim şikayətlərimizi hər dəfəsində qulaqardına vurub».

Problem nədir? Sakinlərin sözlərinə görə, az qala bir neçə ildir ki, onların yaşadıqları ərazi təmizlənmir: «Hər dəfə qonşular öz aralarında bölünərək küçənin və ərazinin təmizliyi ilə məşğul olur. Bəs dövlətdən bu təmizliyin müqabilində pul alanlar nə edir? Amma «zibil pulu» yığma vaxtı gələndə, qapılarımızı döyəcləməyi bilirlər».

Sakinlərin əsas dərdi isə 1903-cü ildə inşa olunan binanın qəzalı şəraitdə olmasıdır: «Binamız tarixi binadır və çökmə təhlükəsi var. Çünki binanın aşağısını qrunt suları yumaqdadır. Evlərimiz divar boyunca nəmişlik içində olduğundan həm özümüz, həm də körpə uşaqlarımız min-bir xəstəlikdən əziyyət çəkir.

Evlərimizin aşağı hissəsindən suyun axması az imiş kimi, binamızın üstündə də vəziyyət acınacaqlıdır. Binanın damı çökdüyündən yağan yağışın, qarın suyu evimizin içindədir».

«Bəs icra hakimiyyətinə şikayət etmisinizmi?» sualımızın cavabında sakinlər bildirdilər ki, dəfələrlə şikayət etsələr də, icra başçısı Asif Əsgərov ancaq ötür-ötür oyunu ilə məşğul olub: «Əvvəlcə dedilər ki, bizlik deyil. Sonra dedilər ki, rəsmi şəkildə müraciət edin, biz də Bakı şəhər icra hakimiyyətinə müraciət edək. Bunu da etdik. Nəticəsi nə olsa, yaxşıdır. Əraziyə baxan MİS-in işçiləri 2 ədəd tol göndərdilər ki, bunu icra hakimiyyətindən veriblər. Hətta fəhləni belə yollamamışdılar. Yəni biz öz pulumuza həmin iki tolu damımıza vurmalı idik.

Əgər Asif Əsgərovun qüdrəti bu idisə, bunun üçün 2 ay BŞİH-lə yazışmaya, Hacıbala Abutalıbovdan cavab gözləməyə nə ehtiyac var idi? Bizim evin damı əsaslı təmir olunmalıdır».

Sakinlər sonda maraqlı bir ifadə də işlətdilər: «Həmin tolu MİS-in işçilərinə geri qaytarıb dedik ki, Asif Əsgərov aparıb öz evinin damına vurar. Yəqin o, evinin su daman damını bu şəkildə təmir etdirir. Biz onun vicdanına arxayınıq».

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq…


SİZCƏ BU EVLƏRDƏ ASİF ƏSGƏROV YAŞAYA BİLƏRMİ?

BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI
BAYIL SAKİNLƏRİ ASİF ƏSGƏROVA 2 ƏDƏD TOL YOLLADI

Geri qayıt