Əsas Səhifə > Siyasət, Manşet > KREML ABBAS ABBASOVU YENİ İMİCDƏ TƏQDİM EDİR

KREML ABBAS ABBASOVU YENİ İMİCDƏ TƏQDİM EDİR


18-06-2013, 09:28
KREML ABBAS ABBASOVU YENİ İMİCDƏ TƏQDİM EDİR
BU DƏFƏ RATİ-NİN ŞEFİ BİR TÜRK MİLLƏTÇİSİ KİMİ «PİASAYA SUNULUR»

DİA.AZ: - Son günlər adı hakimiyyətin əsas alternativlərindən biri kimi hallandırılan Azərbaycanın keçmiş baş naziri, Kremlin rəsmi Bakıya bir təzyiq vasitəsi kimi yaratdığı söylənilən Rusiya Azərbaycan Təşkilatları İttifaqının prezidenti, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

DİA.AZ-a Rusiyadakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, keçən bazar günü «Milyarderlər İttifaqı»nın rəhbəri Moskvada bir tədbirə qatılıb. Mənbənin iddia etdikləri: «Həmin tədbir «Adıqi» çərkəz mədəniyyət fondu tərəfindən hazırlanmışdı və tədbir Moskvanın ali məktəblərini bitirən Adıgeydən, Kabardino-Balkariyadan və Qaraçay-Çərkəzən olan məzunlara həsr olunmuşdu. Tədbirdə bir sıra tanınmış simalarla yanaşı, Abbas Abbasov da iştirak etdi».

Mənbəmiz bildirir ki, əslində Abbas Abbasovun həmin tədbirdə iştirakı heç bir təbii zərurətin nəticəsi hesab oluna bilməzdi: «Təbii ki, burada güdülən maraq başqa idi. Abbas Abbasovu Kreml son günlər bacardığı qədər ictimailəşdirir. Bu tədbirin dəhlizlərində isə maraqlı bir söhbətlə Rusiyanın siyasi dairələrinin yeni niyyəti də diqqətə gəlmiş oldu».

Mənbəmizin iddialarına görə, tədbirdən sonra Kabardino-Balkariyanın prezidenti Arsen Bəşir oğlu Kanokovla səmimi söhbət edən Abbas Abbasov maraqlı fikirlər də söyləyib: «Şahidlər də təsdiqləyir ki, Kanokovla söhbətində RATİ-nin şefi Türk Dünyasının problemlərindən və Rusiyada yaşayan türk xalqlarının həmrəyliyindən, həmrəyliyinin vacibliyindən də danışıb».

Hər halda, Abbas Abbasovun belə bir məqamda bir türk millətçisi kimi təqdimatının Kremlə nələri verə biləcəyini təxmin etmək çətin deyil. Və elə bu niyyətin arxasında dayanan marağı da anlamaq asandır. Çünki bu dəfə keçmiş YAP komandasının nümayəndəyi Azərbaycana tamam yeni qiyafədə təqdim olunur.

Geri qayıt