Əsas Səhifə > Hadisə > BAKIDA TELEVİZİYAYA BASQIN EDƏNLƏR YAXALANDI

BAKIDA TELEVİZİYAYA BASQIN EDƏNLƏR YAXALANDI


19-12-2011, 12:13
BAKIDA TELEVİZİYAYA BASQIN EDƏNLƏR YAXALANDI

ONLAR 2 NƏFƏR OLUBLAR

“Connect” TV-nin ofisinə basqın edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri Zeynal Bəlulov və İsrafil İsmayılov tutulub.

Qeyd edək ki, dekabrın 16-da naməlum şəxslər ofisə açar seçmə yolu ilə daxil olaraq mühafizəçi Rufiz Axundzadənin əl-qolunu lentlə bağlayıblar. Daha sonra onlar seyfdə olan 12 min 800 manat, masanın siyirməsində olan 2200 manat pulu götürüb qaçıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Geri qayıt