Əsas Səhifə > Hadisə > ABŞ SƏFİRİ MTN-NİN AÇIQLAMASINA ŞÜBHƏ ETDİ
ABŞ SƏFİRİ MTN-NİN AÇIQLAMASINA ŞÜBHƏ ETDİ14-06-2013, 11:40 |
"DƏQİQ BİLMİRİK" ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və tranziti barədə məlumatlara münasibət bildirib. APA-nın xəbərinə görə, R.Morninqstar jurnalistlərə açıqlamasında deyib ki, ABŞ narkotiklərin becərilməsi və tranzitinə qarşıdır: “Amma biz bu cür xəbərlərin həqiqəti nə dərəcədə əks etdirdiyini bilmirik”. DİA.AZ bildirir ki, erməni işğalı altında olan Qarabağda becərilmiş narkotikin Azərbaycana İrandan gətirilməsi faktını Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi əməliyyat məlumatını yayarkən açıqlamışdı. İndi isə aydın olur ki, ABŞ səfiri Azərbaycan MTN-nin məlumatına etimad göstərmir. Geri qayıt |