Əsas Səhifə > Gündəm, Manşet > ARTUR RƏSİZADƏNİ SEÇKİDƏN SONRA KİM ƏVƏZLƏYƏCƏK?

ARTUR RƏSİZADƏNİ SEÇKİDƏN SONRA KİM ƏVƏZLƏYƏCƏK?


14-06-2013, 11:36
ARTUR RƏSİZADƏNİ SEÇKİDƏN SONRA KİM ƏVƏZLƏYƏCƏK?
BU DƏFƏ ŞOK İSİM HALLANDI: YAVƏR CAMALOVUN GƏTİRİLƏCƏYİ DEYİLİR

DİA.AZ: - Bir neçə gün əvvəl Hacıbala Abutalıbovun özündən sonrakı dönəm haqqında həzin fikirlər söyləməsi mətbuatımızı da az qala «kövrəltmişdi», elə buna görə də hər kəs Bakı meri postunda dəyişikliyin nəzərdə tutulmasından yazırdı. Amma bu hadisə yaxın vaxtlarda baş vermədi.

DİA.AZ-a daxil olan məlumatlarda da bu olaya aydınlıq gətirilib. Nazirlər Kabinetindəki bilgili mənbə iddia edir ki, həm Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və həm də baş nazir Artur Rəsizadə seçkilərdən dərhal sonra vəzifələrini itirəcəklər.

Mənbənin söylədikləri: «Artur Rəsizadəni prezident İlham Əliyev yenidən hökumət başçısı kimi təsdiqləməyəcək. Bu posta isə hazırda müdafiə sənayesi naziri vəzifəsini tutan Yavər Camalovun gətirilməsi gözlənilir».

Xatırladaq ki, bu vaxta qədər Artur Rəsizadənin yerinə namizədlər sırasında nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və başqalarının adları çəkilsə də, ilk dəfədir ki, Yavər Camalovun belə bir məqama gətiriləcəyi qənaəti ortaya qoyulur. Amma mənbəmiz iddia edir ki, bu qənaət deyil:

«Yavər Camalov həm prezidentə yaxınlıq, sədaqət baxımından şanslıdır və həm də bu gün ən çox stavka olunan bir strukturda ona olan etimadları doğruldub. Və bu səbəbdən onun prezident komandasında yerini daha da möhkəmlətməsi üçün yetərincə iakanlar açılıb».

Geri qayıt