Əsas Səhifə > Hadisə > RƏSULÇULAR HƏRƏKƏTƏ KEÇİR
RƏSULÇULAR HƏRƏKƏTƏ KEÇİR17-12-2011, 12:55 |
SABAH ACP-ÇİLƏR LİDERLƏRİNİN İDEYASINI DARTIŞACAQ Azərbaycan parlamentinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyevin tərəfdarları bir araya gəlməyə qərar veriblər. Bu barədə SalamNews-a ACP sədrinin müavini Nizami Məmmədov bildirib. Onun sözlərinə görə, eks-spiker Rəsul Quliyevin lideri olduğu partiya uzun fasilədən sonra toparlanmağa, təşkilati işlərini davam etdirməyə başlayıb və bu məqsədlə dekbrın 18-də məclis üzvləri, təşkilat sədrləri və fəalların iştirakı ilə partiyanın konfransı keçiriləcək. Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında saat 12-də başlayacaq konfransda əsas müzakirə mövzusu partiyanın lideri Rəsul Quliyevin elan etdiyi Müqavimət Hərəkatının yaradılması olacaq. Bununla bağlı partiya üzvlərinin, fəalların fikirləri dinləniləcək, müvafiq qərarlar veriləcək. O bildirib ki, konfransda müxalifət daxili inteqrasiya, xüsusən də ACP-İctimai Palata münasibətləri barədə müzakirələrin aparılması da gözlənilir. ACP lideri Rəsul Quliyev bir neçə gün əvvəl xalqa müraciət edərək hakimiyyətə qarşı müqavimət hərəkatı yaratmaq niyyətini açıqlayıb və 2013-cü ilin prezident seçkilərində iştirak və bu seçkilərin qalibi olmaq əzmində olduğunu bəyan edib. Bununla da Rəsul Quliyev müxalifət cəbhəsindən prezident seçkilərində iştirak edəcəyini qətiyyətlə açıqlayan ilk siyasi liderdir. Bu baxımdan, ACP-nin fəallaşmasını və keçirəcəyi konfransı faktiki olaraq, Rəsul Quliyevin seçki kampaniyasının başlanğıcı kimi qiymətləndirmək olar. Geri qayıt |