Əsas Səhifə > Hadisə > HAKİM AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTƏ HAZIRLAŞIR

HAKİM AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTƏ HAZIRLAŞIR


17-12-2011, 12:51
HAKİM AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTƏ HAZIRLAŞIR

SEVİL MƏMMƏDOVANI ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏTƏ NƏ VADAR EDİB?

...Allah heç kimi ədalətsizliyə düçar eləməsin! Və bu məqamda keçmişdən qalma bir məsəl yadıma düşür: Deyirlər, işi əyilən mollanın yanına gedər, bəs mollanın işi əyiləndə o, hara getsin?

Sözümün canı var: Müsəlman ölkəsi olan Azərbaycan Respublikasının iki müqəddəs kitabı var-biri Qurandır, digəri isə Konstitusiyamız! Və həmin konstitusiyada və Quranda açıq şəkildə yazılır ki, əvvala, hər bir vətəndaşın hüquqlarını ədalət məhkəməsində qorumaq hüququ var, ikincisi - Allah-Təala buyurur ki, kimə ədalətsizlik edirsənsə, mütləq qabağına çıxacaq!

Bəli, hüququ pozulan məhkəmələrə üz tutur və haqqı orada axtarır, hakimdən dövlətin adından ədalətli qərar gözləyir. Bəs hakimin hüququ pozulanda neyləsin?

Binəqədi rayon Məhkəməsinin hakimi Sevil Məmmədova kimin güdazına gedib?

Bu suala cavab verməmişdən bir məsələni qeyd edək: neçə gün əvvəl məlumat aldıq ki, hakim Sevil Məmmədovanın barəsində Məhkəmə Hüquq Şurasında intizam icraatı başlanılıb. Niyə? Səbəb nədir?

Məsələyə aydınlıq gətirilməsi üçün əvvəlcə məhkəmənin saytına daxil olduq və dəftərxanaya-012-412-47-43 saylı telefona zəng etdik. Sevil Məmmədovanı soruşduq. Dedilər ki, işə çıxmır. Sonra 012-47-43 saylı telefona-ümumi şöbəyə zəng etdik, dedilər ki, işə çıxımır. "Sabah işə çıxa bilərmi" sualımıza isə "Bilmirik" dedilər. Nəhayət S.Məmmədovanın 012-412-36-68 saylı telefonuna zəng çaldıq. üç gün ardıcıl zəngimiz cavabsız qaldı.

üz tutduq Binəqədi rayon Məhkəməsinə. özümüzü ərizəçi kimi təqdim edib müxtəlif bəhanələr gətirdik və yenə də Sevil xanımı tapa bilmədik, yerini də dəqiq deyən olmadı. Amma adını çəkmək istəmədiyimiz bir şöbədə onun işdən çıxarıldığını öyrəndik. Hətta məhkəmədə müdafiə etdiyi şəxsin şikayətinin S.Məmmədovanın icraatında olduğunu bildirən hakim də dedi ki, iş materiallarımızı başqa hakimə veriblər: "çünki onun barəsində MHŞ-da intizam icraatı başlanılıb..." Və sair...

***

Burada bir maraqlı məqam var ki, Binəqədi rayon Məhkəməsinin internet saytına daxil olduq və hakimin şəkli və qısa avtobioqrafiyası orada saxlanılmışdı. Həmçinin Məhkəmə Hüquq Şurasının da internet saytına dixil olduq, oradakı vacib xəbərlərdə hakimin cəzalandırılması və ya hakimlik səlahiyyətinə xitam verilməsi barədə də məlumat görmədik. Sadəcə, MHŞ-nin bir məlumatında n hakimin barəsində bu yaxınlarda intizam icraatı başlanılması xəbərini oxuduq.

Bundan əlavə, hətta internetin Gooqle axtarış sistemində də hakimin işdən çıxarılması barədə heç bir məlumat öyrənə bilmədik. Amma Binəqədi rayon Məhkəməsindəki məlumatlı mənbə bizə bildirmişdi ki, həqiqətən də Sevil Məmmədova hakimlikdən uzaqlaşdırılıb:"Sadəcə, Prezidentin sərəncamından sonra belə xəbərlər rəsmiləşdirilir və ictimailəşdirilir". Bu barədə az sonra.

Məhkəmə Hüquq Şurasının rəsmi məlumatında qaranlıq qalan məqam

Məhkəmə-Hüquq Şurasının rəsmi internet saytında belə bir maraqlı məlumata rast gəldik: "MHŞ-nin növbəti iclası keçirilmişdir... İclasda eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları, süründürməçilik və digər korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyevə tövmət verilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılova və Hacıqabul rayon məhkəməsinin hakimi Malik Qarayevə irad tutulmuş, qanunvericiliyin pozulması halları ilə bağlı 4 hakim barədə intizam icraatları başlanılmış, bir sıra kadr məsələlərinə baxılmışdır".

Qeyd edək ki, iclas 20.10.2011-ci il tarixdə keçirilmişdir. Və həmin iclasda ədliyyə naziri F.Məmmədovun iştirak etdiyi də yazılmışdır.

Həmin məlumatdakı "...qanunvericiliyin pozulması halları ilə bağlı 4 hakim barədə intizam icraatları başlanılmışdır" cümləsi Binəqədi rayon Məhkəməsində olarkən bir vəkilin bizə söylədikləri ilə üst-üstə düşdüyündən həmin hakimlərdən birinin məhz S.Məmmədovanın olması qənaətinə gəldik. Əslində, bizə belə deyilmişdi. çünki məhz S.Məmmədovaya qanunvericiliyin pozulması halları ilə bağlı intizam icraatı başlanılmışdı. Niyə? Bizə o da məlum oldu ki, S.Məmmədova vəkil R.Əhmədovun cərimələnməsi barədə qərardad çıxarmış, bu qərardadı Vəkillər Kollegiyasına göndərmiş, kollegiya vəkilə cəza vermişdir. Lakin sonradan vəkil R.Əhmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət verdikdən sonra məhkəmə S.Məmmədovanın həmin qərardadını ləğv etmişdir. Nəhayət, vəkil Bakı Apellyasiya Məhkəməsinin həmin qərarını MHŞ-nə göndərmiş, hakim S.Məmmədovadan şikayət vermişdir.


Geri qayıt