Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İKİ KOMİTƏ SƏDRİ İLƏ YOLLARINI AYIRIR

HAKİMİYYƏT İKİ KOMİTƏ SƏDRİ İLƏ YOLLARINI AYIRIR


13-06-2013, 12:58
HAKİMİYYƏT İKİ KOMİTƏ SƏDRİ İLƏ YOLLARINI AYIRIR
NAZİM İBRAHİMOV VƏ KƏRƏM HƏSƏNOV ÜMUMİQTİDAR MARAQLARINA QARŞI

DİA.AZ: - Hakimiyyət bu həftə iki tanınmış simanı öz düşərgəsindən qovacaq. Bu barədə redaksiyamızın əldə etdiyi informasiyalardan aydın olur ki, prezident seçkilərinə tədarük məsələsində iqtidar daxilində çox ciddi fikir ayrılıqları yarandığından kadr islahatı zərurəti meydana çıxıb. Daha doğrusu, bəziləri ilə YAP-ın yolları ayrılmaq zorundadır.

DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, vəzifəsini itirəcək şəxslərin hər ikisi komitə rəhbəridir. Onlardan birinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov, digəri isə Diasporalarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovdur.

Bildirək ki, hər iki kadr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın hesab olunur. Kərəm Həsənov 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin «zərərsizləşdirilməsində» mühüm rol oynayaraq Mehdiyevin komandasına qoşulmağa müvəffəq olmuşdu.

İndi isə onların vəzifələrindən alınması məsələsi gündəmə gətirilib. Mənbənin söylədikləri: «Hər iki komitə rəhbəri seçki prosesinin maliyyələşdirilməsi məsələsində yayınmağa çalışdıqlarından hakimiyyətin ən üst düzəyinin hədəfindədirlər. Buna qədərsə Nazim İbrahəimov və onun inşaatçı qardaşları da açıq hədəfdə idilər. Hətta ATV kanalı da bu qardaşlardan alındı. Onlar yalnız «Khazar İslands» layihəsinin icrası naminə mövqelərini qoruya bildilər ki, bu məsələ də hakimiyyətin ümumi maraqlarını təmin edə bilmədilər».

Mənbəmiz bildirir ki, əslində ada şəhərciyin 10 hektarlıq ərazisi bu ilin 10 May tarixinə - mərhum prezident Heydər Əliyevin doğum günü yubileyinə hazır olmalı idi. Amma bu məsələ İbrahəimov qardaşları daha çox Mehdiyevin əmrini eşitdiklərindən deyilən vaxta verilən tapşırığa əməl olunmadı ki, bu da onlara qarşı etimad yükünün daha da azalması ilə nəticələndi.

Məlumatı verən qaynaq iddia edir ki, ola bilsin bu həftə, və yaxud da gələn həftənin sonlarına yaxın hər iki komitənin rəhbərliyi dəyişdirilsin: «Əsa sbir məqam var ki, artıq hər iki komitə rəhbərinin «qələmi qırılıb». Və onların yerinə yeni kadrlar müəyyən olunmaqdadır».

Onu da xatırladaq ki, diaspora işinin zəif qurulması nədəniylə də Nazim İbrahimova qarşı ümumiqtidar maraqları fonunda etimadsızlıq var idi…

Geri qayıt