Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV MİLLLİ ŞURANIN TƏBLİĞİNƏ BAŞLADI

RAMİZ MEHDİYEV MİLLLİ ŞURANIN TƏBLİĞİNƏ BAŞLADI


13-06-2013, 11:48
RAMİZ MEHDİYEV MİLLLİ ŞURANIN TƏBLİĞİNƏ BAŞLADI
PA ŞEFİNƏ YAXIN ÇEVRƏLƏR YENİ TƏŞKİLATI RUSİYADAN «QORUYURLAR»

DİA.AZ: - Bu gün «Milli Şura Rusiyanın layihəsidirmi, ya yox» deyə bir müzakirə başlanılıb. Əslində belə bir müzakirəni açanların da Rusiyaya qulluq yolunda amadə olduqlarnı sezməmək mümkün deyil. Çünki…

DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir ki, birbaşa olaraq hakimiyyət içindəki Rusiya yandaşı olan qüvvələr tərəfindən yeni bir təbliğat kampaniyanın aparılmasına qərar verilib. Mənbənin bildirdiyinə görə, burada məqsəd müxalifətin bəzi qüvvələrinin də təmsil olunduğu Milli Şuranın «təmizə çıxarılmasından» ibarətdir. Və maraqlı orasıdır ki, bu prosesə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarəti altında olan qüvvələr cəlb olunub.

Xəbərlərə görə, Milli Şura ideyasının Kremlə aid olmadığını sübuta yetirmək üçün Ramiz Mehdiyev hətta mətbu kampaniyanın aparılması yolunda da tapşırıqlar verib: «Təbii ki, Ramiz Mehdiyev Milli Şuranı hakimiyyətə gətirmək istəmir. Bu, ən son versiyadır. Ramiz Mehdiyev bu yolla hakimiyyət qarşısında alternativ obrazı yaratmaqla öz maraqlarını icra edir. Və burada həm də əsas məqsəd Rusiya xəttinin əlahiddəliyini itirməməsidir».

Artıq PA şefi adından bir sıra dairələrə gərəkən təbliğat kampaniyası üçün vəsaitin də ayrıldığını iddia edən mənbəmiz onu da əlavə edib ki, istənilən halda Milli Şuranın arxasında kimin dayandığını qısa müddət içində hər kəs g.rəcək: «ABŞ və Qərbə aid siyasi dairələrdən fərqli olaraq Rusiyanın yürütdüyü xəttdə oyunbazlıq nə qədər çox olsa da, konkret mövqe ifadəsi də tələb olunur. Elə buna görə də, bu gün Milli Şuranın sədri olan Rüstəm İbrahəimbəyov digər ənənəvi müxaliflərin «Avroatlantik məkana inteqrasiya» məsələsini «müzakirə olunası problemlər» sırasına aid edirlər. Buradan da mahiyyəti duymaq olar. Yəni bu, o deməkdir ki, geci-tezi pişiyin quyruğu görünəcək. Və bu gün aparılan istənilən bir kampaniya yalnız iştirakçılarının sonradan ifşası ilə nəticələnən bir effektə nədən ola bilər».

Geri qayıt