Əsas Səhifə > Güney Press / Manşet > SÖYÜN SADIXOVUN BAKIYA GƏLMƏ XƏBƏRİ YAYILDI

SÖYÜN SADIXOVUN BAKIYA GƏLMƏ XƏBƏRİ YAYILDI


12-06-2013, 15:57
SÖYÜN SADIXOVUN BAKIYA GƏLMƏ XƏBƏRİ YAYILDI
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov Qubada yerli əhali il əvə həmçinin digər bölgələrimizdən olan şəxslərlə görüşə gələcək.

DİA.AZ-a az bildirir ki, artıq bir sıra dairələr Söyün Sadıxovun Bakıda olması barədə xəbərlər yayırlar. Məlumatlarda deyilir ki, Bakının mərkəzindəki otellərin birində əylənən Söyün Sadıxov Azərbaycana tək gəlməyib. Eyni zamanda onunla bərabər oteldə Bakıdan olan bir neçə Rusiya yandaşı kimi tanınan sima da var.

Hələlik məlumatın nə qədər həqiqət olduğunu dəqiqləşdirə bilməmişik. Amma bu yöndə araşdırmalarımız gedir və yeni bilgiləri zaman-zaman diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt