Əsas Səhifə > Partiya > REPRESSİYALAR HƏLƏ BİTMƏYİB

REPRESSİYALAR HƏLƏ BİTMƏYİB


17-12-2011, 11:09
REPRESSİYALAR HƏLƏ BİTMƏYİB

MÜSAVAT ÜZVÜ ÖLKƏNİ TƏRK EDİB

DİA.AZ: - Azərbaycanda siyasi fikirlərinə görə təqib olunaraq ölkəni tərk edənlərin sayı artmaqdladır. 10 ildən artıqdır ki, Müsavat partiyasının üzvü olan Əhədov Namiq Əfsərağa oğlu da bir müddət öncə Azərbaycandan getməyə məcbur olmuşdur.

DİA.AZ-a verilən məlumatda bilduirilir ki, N.Əhədov Müsavat partiyasının fəal üzvlərindən olub. O dəfələrlə siyasi əqidəsinə görə rayon polis şöbəsi və yerli dövlət qurulmları tərəfindən incidilmişdir. Bu təqiblərdən yaxa qurtarmaq üçün İsveçə gedən Namiq bəy bu ilin sentyabrında vətənə qayıtmış və oktyabrın 8-də Müsavat partiyasının 100 illik təbdirlərində iştirak etmişdir. Bundan sonra N.Əhədov rayonda daha çox incidilməyə təqib olunmağa başlanmışdır. Bütün bunlardan yaxa qurtarmaq üçün o yenidən İsveçə qayıdıb.

Geri qayıt