Əsas Səhifə > Siyasət, Manşet > GORANBOYUN ŞEFİ ÖZÜ ÖZ BAŞINI CƏNCƏLƏ SALIB

GORANBOYUN ŞEFİ ÖZÜ ÖZ BAŞINI CƏNCƏLƏ SALIB


12-06-2013, 10:32
GORANBOYUN ŞEFİ ÖZÜ ÖZ BAŞINI CƏNCƏLƏ SALIB
KİV-LƏRƏ QARŞI APARDIĞI MÜHARİBƏDƏN QALİB ÇIXMASI İMKANSIZDIR

DİA.AZ: - Bir neçə gün əvvəl KİV-ləri məhkəmə ilə hədələyən Goranboyun icra başçısı Nizaməddin Quliyev deyəsən, başına əlavə problemlər açıb. Və artıq bu səbəbdən icra başçısının hətta Bakıya çağrıldığı da söylənilir.

Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, əslində özü və oğlu barəsində olan həqiqətlərin ört-basdır edilməsi məqsədini güdən Nizaməddin Quliyev söykəndiyi kriminal çevrələrə - adı bir ölüm işinin sifarişində hallandırılan Qulam Əkbərov kimilərinə güvənərək mətbuatla kriminal dildə danışmaq fikrinə düşdü ki, bu addımı da əks-effektə nədən oldu.

Mənbənin söylədikləri: «Təbii ki, bu gün hansısa məmur məhkəmələri öz şəxsi maraqlarının alətinə çevirə bilməz. Və eləcə də Nizaməddin Quliyev. Yəni bu adam o qədər də uzunboylu deyil… Doğrudur, bu günə qədər hansısa icra başçısının məhkəmədə hansısa mətbu orqanı udması faktlarına yetərincə rast gəlinib. Lakin sonradan daha çox prosesdən icra başçılarının ziyanla çıxdığı məlum olub ki, eyni qaydada Nizaməddin Quliyev də ziyanla çıxacaq».

Onu da bildirək ki, bunlardan əlavə redaksiyamıza Nizaməddin Quliyevin rayondakı fəaliyyətini əks etdirən ilginc faktlar da göndərilib və hətta onların arasında videodəlillər də var. Yaxın günlərdə özünü TƏMİZ BİLİB məhkəmə ilə KİV-ləri hədələyən Nizaməddin Quliyevlə bağlı elə ilginc faktları təqdim edəcəyik ki, hətta Mətbuat Şurasındakı «dostları» belə onun dadına yetişə bilməyəcək.

Bizi izləməkdə davam edin…

Geri qayıt