Əsas Səhifə > Gündəm, Manşet > KREML BAKIDA KİMİ İQTİDARA GƏTİRMƏK İSTƏYİR?
KREML BAKIDA KİMİ İQTİDARA GƏTİRMƏK İSTƏYİR?12-06-2013, 10:23 |
ABBAS ABBASOV PREZİDENT KÜRSÜSÜNDƏ: RAMİZ MEHDİYEV İŞİNDƏ QALIR DİA.AZ: - Keçən həftənin ən önəmli hadisələrindən biri müxalifətin aparıcı hissəsinin öz birliyini Milli Şuranı elan etməsi idi ki, bu olaya da birmənalı reaksiyalar yoxdur. Əslində Kremlin çoxdandır Azərbaycanla bağlı planlarının olması faktdır. Və elə buna görə də Milli Şuranın Rusiyanın ideyası olması barədə ortaya konkret faktlar da qoyulmaqdadır. Hətta DİA.AZ-a çatan xəbərlərdən aydın olur ki, hazırda Milli Şurada təmsil olunan partiya liderlərindən birinə Milli Şuranın Rusiyadan qidalandığını sübutlayan konkret dəlillər təqdim olunub və həmin partiya lider idə maraqlı bir reaksiya verib: «Nə olsun, mənim maşınım da Almaniya istehsalıdır, amma mən hara istəyirəm, hara sürürəm, ora da gedir»… Amma təbii ki, Rusiyanın «istehsalı» olan Milli Şuranın sükanının hələ kimin əlində olacağı kifayət qədər şübhəlidir. Çünki bizdə bir məsəl də var: Paranı verən düdüyü çalar… Və belə olan təqdirdə sifarişçinin elə istədiyi havanı çaldıracağı da gözlənilən olduğundan, adını çəkmədiyimiz müxalifət liderinin yalnızca dodaqlara təbəssüm bəxş edə biləcək izahatını əsaslı hesab etmək olmaz. Və elə bunu ortada olan faktlar da sübutlayır. Məsələn DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, hətta bu il Azərbaycanda «Böyük Oktyabr İnqilabı»na hazırlaşan Kreml «keçid dövrü» üçün Azərbaycanı kimlərin idarə edəcəyini də müəyyənləşdirib. Xatırlayırsınızsa, artıq müxalifətin qocaman liderləri belə «keçid dövrü» üçün namizəd olmaq istəmədiklərini açıqlayıblar. Yəni bu işin içində olsalar da, iddialı deyillər. Onların «nə olursa-olsun, bu hakimiyyət getsin» məntiqinə də söykəndikləri məlumdur. Amma bu hakimiyyəti kimin əvəzləyəcəyi və «keçid dövrü»nün konkret olaraq neçə il sürəcəyi… artıq bu barədə heç bir aydınlıq mövcud deyil. DİA.AZ-a daxil olan məlumatlarda da qeyd olunur ki, artıq Kreml «keçid dövrü» hökumətinin tərkibini də müəyyənləşdirib. Bununla bağlı redaksiyamıza siyahı da göndərilib. Hələlik bu siyahı üzərində əməkdaşlarımız işlədiklərindən və geniş təhlil yazısı hazırladıqlarından yalnız əsas rəhbər heyətlə bağlı bilgiləri diqqətinizə çatdıracağıq. Və bir məqamı da qaçırmayaq ki, Kremlin yeni hökumətinin tərkibində maraqlı bir isim də var. Söhbət Rusiyanın Azərbaycandakı bir nömrəli adamı kimi tanınan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir. Bəli, ruslar Ramiz Mehdiyevin bu günə qədərki xidmətlərini nəzərə alaraq «keçid dövrü» hökumətində onu öz postunda saxlayırlar. Beləliklə, Kremlin görmək istədiyi rəhbər heyətin ən üst düzəyi aşağıdakı kimidir: 1. Prezident Abbas Abbasov; 2. Baş Nazir Eldar Namazov; 3. Milli Məclisin sədri Rüstəm İbrahəimbəyov; 4. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev… Davamı olacaq. Bizi izləməkdə davam edin… Geri qayıt |