Əsas Səhifə > Güney Press / Manşet > SÖYÜN SADIXOV QUBADA BÖYÜK GÖRÜŞ HAZIRLAYIR
SÖYÜN SADIXOV QUBADA BÖYÜK GÖRÜŞ HAZIRLAYIR11-06-2013, 16:01 |
|
DİA.AZ: - Quba rayonundakı mənbələrdən DİA.AZ-a verilən xəbərdən aydın olur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov sözügedən rayonda böyük toplantıya hazırlaşır. Xatırladaq ki, Söyün Sadıxovun Azərbaycana gəlmə niyyətiylə bağlı məlumat vermişdik. İndi isə aydın olur ki, o, Qubada görüş planlayır. Mənbə iddia edir ki, quru yolu ilə Azərbaycana gələcəyi gözlənilən RATİ-nin qurucusu Qubada В«AynurВ» şadlıq sarayında yerli sakinlərlə və Bakıdan, həmçinin ayrı-ayrı rayonlardan gedəcək tərəfdaşları ilə görüşə hazırlaşır. Maraqlıdır ki, В«AynurВ» şadlıq sarayı Qubadakı 1 mart hadisələri zamanı əsas təşkilatçılardan biri kimi həbs olunan bələdiyyə sədri Elxan Əliyevə məxsusdur. Bu isə məlum Quba olaylarında Rusiya izinin olduğunu iddia edənləri bir növ haqlı çıxaran faktor rolunu oynamaqdadır. Geri qayıt |