Əsas Səhifə > Cəmiyyət, Manşet > KƏMALƏDDİN HEYDƏROV YENƏ QAZANDI

KƏMALƏDDİN HEYDƏROV YENƏ QAZANDI


16-12-2011, 17:46
KƏMALƏDDİN HEYDƏROV YENƏ QAZANDI

QƏBƏLƏDƏN 70 KİLOQRAMLIQ QIZIL AT TAPILDI

DİA.AZ: - Qəbələ rayonu ərazisində qədim dövrlərə aid xəzinənin tapılması barədə oxucularımızı yetərincə bilgiləndirmişik. Məlumatlarımızda onu da bildirmişik ki, sözügedən rayonda hava limanının inşası zamanı təsadüfən aşkarlanan xəzinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mənimsənilib. Təxminən qiyməti 20-30 milyon dollar dəyərində ölçülən həmin xəzinənin bir qisminin Əmir Teymurun vaxtlarına aid olduğu bildirilsə də, ərazidən daha qədim dövrə aid qızıl-zinət əşyaları da tapılıb.

Bu günlərdə isə daha bir tarixi tapıntının ərazidən aşkarlandığı bildirilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına məlumat verən Qəbələ rayon sakinlərinin sözlərinə görə, ərazidə inşaat işləri həyata keçirən ekskavatorçulardan biri qızıldan, ümumi çəkisi 70 kiloqrama yaxın olan at heykəli tapıb. Heykəlin islamdan əvvəlki dövrə aid olduğu bildirilir.

İddia olunur ki, həmin at heykəli qədim türk adətlərinə uyğun olaraq müqəddə hesab olunan ata qəbirlərinin üzərindəki türbələrdə qurulan 7 qızıl heykəldən biridir və daha altı heykəlin də həmin ərazidə olması barədə ehtimallar var.

Maraqlı orasıdır ki, tapıntı barədə fövqəladə hallar naziri dərhal məlumatlandırılıb: «Hətta həmin gün vertolyotla Kəmaləddin Heydərov şəxsən əraziyə gəlib və tapıntını özü ilə bərabər Bakıya aparıb». Sakinlən bildirirlər ki, qızıl atı tapan ekskavatorçuya isə 5 min manat pul verilib.

Onu da qeyd edək ki, sözügedən ərazidə eradan əvvəl 3-4-cü minilliyə aid olan daha böyük xəzinələrin olduğu bildirilir və hətta iki ay əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubov da ərazidə olublar.

Geri qayıt