Əsas Səhifə > Hadisə > 10-CU SİNİF ŞAGİRDİ CANINA QIYDI

10-CU SİNİF ŞAGİRDİ CANINA QIYDI


11-06-2013, 10:38
10-CU SİNİF ŞAGİRDİ CANINA QIYDI
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb.

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı İlqar Ələsgərov yaşadığı evin həyətindəki qoz ağacından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Prokurorluqdan həmçinin bildirilib ki, İ. Ələsgərov 10-cu sinif şagirdidir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Geri qayıt