Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN İLLƏRDİR SINADIĞI UĞUR TAKTİKASI

RAMİZ MEHDİYEVİN İLLƏRDİR SINADIĞI UĞUR TAKTİKASI


11-06-2013, 10:17
RAMİZ MEHDİYEVİN İLLƏRDİR SINADIĞI UĞUR TAKTİKASI
PA ŞEFİ YENƏ DƏ TƏŞƏBBÜSKARLIĞI ƏLƏ ALARAQ HAMIYA MEYDAN OXUYUR

DİA.AZ: - Bu seçki ilinin gərgin keçəcəyini bəri başdan müəyyən etmək çox asandır. Rusiyanın Azərbaycan uğrunda mübarizəyə qalxması və bu yöndə ağla gələn və gəlməyən bütün üsullara müraciətə hazır olduğunu nümayiş etdirməsi hazırki iqtidar üçün çox gərgin bir seçki ilinin anonsu təəssüratını yaratmaqdadır. Nə etməli?

DİA.AZ bildirir ki, bu sual əslində rəsmi Bakını daha çox düşündürməlidir. Və bu yöndə apardığımız araşdırmalar da təsdiqləyir ki, Kremlin bu şəkildə Azərbaycan üzərinə yeriməsi heç də uğurlu nələrinsə vədi anlamına gəlmir. Və ən acınacaqlısı isə odur ki, bu gün hakimiyyətlə yollaşmayan istənilən bir qüvvə Rusiyanın antiAzərbaycan planlarında alət olmaq üçün sinov gedirmiş kimi davranır. Yəni bu gün bütün kateqoriyadan olan müxaliflərin «nə olursa-olsun bu hakimiyyət getsin» prinsipindən çıxış etməsi əgər rəsmi Bakının mövqelərini sarsıdırsa, ümumilikdə olaraq Azərbaycan maraqlarına böyük təhdiddir.

Bütün bunlar öz yerində. Əsas hadisələr isə bu gün hakimiyyət daxilində cərəyan edir. Bununla bağlı DİA.AZ-a məlumat verən hökumət içindəki mənbə bildirir ki, son günlər Kremlin Azərbaycana qarşı sərtləşən siyasəti fonunda çiçəyi çırtlayan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təşəbbüsləri əlma yolunda addımlar atmağa başlayıb.

Mənbənin söylədikləri: «Bu seçki ilində əgər təşəbbüskar mövqe Ramiz Mehdiyev olacaqsa, bu həm Azərbaycan üçün, həm də elə bu hakimiyyət üçün çətin günlər anlamına gəlir.

Çünki Ramiz Mehdiyevin vəzifə başında tutulmasının Azərbaycana nələrə mail olacağı aydındır. Hakimiyyətə də ona görə sərf etmir ki, PA şefi işlərini «yoluna qoyandan» sonra qisas əməliyyatına başlayacaq. Necə ki, 2003-cü ilin seçkilərinə görə 2005-ci ildə Əli İnsanov, Fərhad Əliyev kimi fiqurları zərərsizləşdirdi, eləcə də anoloji hadisələrin təkrarlanması gözləniləndir».

Mənbəmiz bildirir ki, 2005-ci ilin 17 oktyabr hadisələrindən sonra hətta prezidentin dost doğma əmisi belə hadisələrdən kənarlaşdırıldı: «Ramiz Mehdiyevin imkanı olsaydı, hətta hörmətli akademik Cəlal Əliyevlə bağlı da sərt qərarı çıxartdırardı. Yəni bu o deməkdir ki, bu gün prezidentə hansı məsafədə yaxın dayanma həm də bir təhlükə hesab olunur.

Ramiz Mehdiyev zaman-zaman özünün şəxsi düşmənlərini «prezidentin düşməni» kimi təqdim etməyi bacarıb. Məsələn, bu gün hansısa iş adamı və yaxud da bir məmur vurulursa, inanın ki, onun cibinin son qəpiyini əlindən alınması təşəbbüskarlığı məhz Ramiz Mehdiyevə aiddir. Amma ümumi planda həmin şəxs və yaxud da şəxslər prezidentə qarşı qoyulur.

Bu da Ramiz Mehdiyevin illərdir tətbiq etdiyi taktikanın bəhrəsidir. Ona görə də PA şefi heç bir zaman birinci olmaq istəməz və ikincilik, faktiki olaraq ikincilik Ramiz Mehdiyev üçün ən münbit olanıdır».

Məhz bu səbəbdən Ramiz Mehdiyevin 2013-cü il seçkilərinə nəzarət rıçaqlarını əlində saxlamasını təhlükə adlandıran mənbəmiz eyni zamanda bir məqamı da vurğuladı: «Əks qütb yerində sayacaqsa, seçkidən sonra onlar göydəki ulduzları saymaq zorunda qala bilərlər»…

Geri qayıt