Əsas Səhifə > Hadisə, Manşet > ELDAR ƏZİZOVDAN PREZİDENTƏ SAYĞISIZLIQ
ELDAR ƏZİZOVDAN PREZİDENTƏ SAYĞISIZLIQ16-12-2011, 15:51 |
İCRA BAŞÇISI İLHAM ƏLİYEVİN AD GÜNÜ TORTUNU YAS ÇADIRINDA HAZIRLADIR DİA.AZ: - Şəkildə gördüyünüz bu çadır Sumqayıtda «Kimyaçılar sarayı»nın qarşısında qurulub. Kənardan görnüşü ilə yas çadırını xatırlatsa da, təyinatı başqadır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gəncədə qoyduğu ənənəni Sumqayıtda da davam etdirir. O, yerli strukturlara dövlət başçısı İlham Əliyevin 50 illik yubileyi münasibətilə 50 metrlik tort hazırlamaq tapşırığını verib. Əldə etdiyimiz məlumata görə tortun uzunluğu 50, eni 2 metr, çəkisi 11 ton olacaq. Artıq tort üçün taxta qəliblərin qurulması yekunlaşmaq üzrədir. Bu işə şəhərin çörək və şirniyyat sexləri cəlb olunub. Bütün maliyyə xərclərini də onlar və yerli sahibkarlar çəkəcəklər. Tezliklə tortun bişirilməsinə başlanacaq. Çadırda tortu hazırlayanların bildiyinə görə, bütün işlərə məsul şəxs başçının birinci müavini Sahib Quliyev rəhbərlik edir. Sahib Quliyev Eldar Əzizovun daha çox etibar etdiyi məmurlardandır. Bu səbəbdən tortun hazırlanması ona həvalə olunub ki, ayrılan vəsait aidiyyatı üzrə xərclənsin. Bundan əlavə orta təhsil müəssisələrinə göstəriş verilib ki, dekabrın 24-ə qədər məktəblərdə musiqi yarışması keçirilisin və qaliblər müəyyənləşdirilib şəhər festifalına göndərilsin. Prezidentin ad günündə Sumqayıtn ən yaxşı məktəbli müğənnisi (?) elan olunacaq. İcra başçısının müavini Sahib Quliyev şəhər Təhsil Şöbəsinin rəhbərinə çatdırıb ki, mahnılar arasında mütləq ləzgi xalq müsiqiləri də yer almalıdır. Redaksiyamıza bu barədə məlumat verən, adının çəkilməsini istəməyən məktəb direktoru icra başçısının müsabiqəsini təhsilin iflası adlandırıb. «Sovet dövründə məktəblərdə bilik yarışmaları keçirilirdi, indi isə mahnı müsabiqəsi təşkil olunur. Görünür, Sumqayıt rəhbərlərinə yaxşı oxuyan şagirdlər yox, müğənnilər lazımdır» deyə o vurğulayıb. Son olaraq onu bildirək ki, prezidentin ad gününə hazırlanan tort üçün təşkil edilmiş çadır yas mərasimlərinə görə ayrılmış çadırdır. Geri qayıt |