Əsas Səhifə > Siyasət, Manşet > SAHİBKARDAN GÖMRÜK RƏİSİNƏ ÜSTÜÖRTÜLÜ MESAJ

SAHİBKARDAN GÖMRÜK RƏİSİNƏ ÜSTÜÖRTÜLÜ MESAJ


10-06-2013, 11:46
SAHİBKARDAN GÖMRÜK RƏİSİNƏ ÜSTÜÖRTÜLÜ MESAJ
«HƏLƏ DƏ MALIMI GERİ ALACAĞIMA ÜMİD EDİRƏM, YƏQİN BUNU OXUYARLAR»

DİA.AZ: - Astara gömrük idarəsindəki özbaşınalıq hələ də davam edir. Bunu elə DİA.AZ-a daxil olan məlumatlardan da ayırd etmək mümkündür. Redaksiyamıza müraciət edən və anonimliyinin qorunmasını xahiş edə niş adamlarından biri olduqca ilginc faktları açıqlayıb.

Sahibkar bildirir ki, bu günlərdə İrandan Azərbaycana dəyəri 230 min manata yaxın olan məhsulu keçirmək istəyib: «Hər zaman buna yaxın məbləğdə məhsulu Azərbaycana keçirmişəm və bu zaman heç bir problemlə üzləşməmişdim. Daha doğrusu, laxım yerlərə lazımi qədər pulu verib, malımı sərhəddən keçirmişəm. Amma bu dəfə mənim malımı qanunsuz olaraq müsadirə ediblər».

Malının çeşidi barədə bilgi verməyən sahibkar bildirir ki, məmurlardan biri sən demə, bu günlərdə həmin bazarı inhisara alıbmış: «Mənim də xəbərim yoxdur. Mənə Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov şəxsən bildirdi ki, artıq bu maldan gətirə bilmərəm. Çünki filan məmurun bazarına girmiş olacam. Mən də yalvardım ki, heç olmasa, gətirdiyim malı verin, satım, pulumu çıxarım və bir də gətirmərəm. Amma məni eşidən olmadı».

Sahibkar adının açıqlanmamasına və özü barədə bilgilərin yayılmamasına nədən maraq göstərdiyini də yazır: «Mənim siyasətlə işim yoxdur. Nə etsəm də, sonda onların qılınclarının altından keçməliyəm. Amma yenə də dərdimi mətbuata danışmaq istədim ki, bəlkə başqalarına bu şəkildə zülm etməsinlər. Həm də hələ də malımı geri alacağıma ümid edirəm. Yəqin Hikmət müəllim bu yazılanları oxuyacaq».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt