Əsas Səhifə > Sosial, Manşet > GORANBOY ŞEFİNİ MƏHKƏMƏ QAPISINA KİMLƏR SALIB?

GORANBOY ŞEFİNİ MƏHKƏMƏ QAPISINA KİMLƏR SALIB?


10-06-2013, 11:04
GORANBOY ŞEFİNİ MƏHKƏMƏ QAPISINA KİMLƏR SALIB?
KRİMİNAL QÜVVƏLƏRƏ GÜVƏNƏN İCRA BAŞÇISI “YUXARILARI” DA “GÖRÜB”

DİA.AZ: - Artıq mətbuatla problemlərini Mətbuat Şurasındakı bir para şəxslərin əli ilə həll etməyi bacarmayan Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyev indi də məhkəməyə üz tutub. Bu barədə DİA.AZ-a mötəbər mənbələr xəbər verib. Aydın olur ki, mətbuatda özü və oğlunun cinayət əməlləri ilə bağlı faktların yayılmasını durdurmağa çalışan icra başçısına kimlərsə «məhkəməyə ver, mətbuatı susdur» məsləhətini verib. Amma adamın təbii ki, yanıldığı göz önündədir.

Bununla bağlı DİA.AZ olaraq apardığımız araşdırmalardan aydın olur ki, əslində gedişi çoxdan planlaşdırılan Nizaməddin Quliyev üçün bu seçki marafonu ən son şans hesab olunur. Mənbənin söylədikləri: «Onun qələmini çoxdan qırıblar. Sadəcə olaraq adı kriminalda hallandırılan və konkret olaraq Ukraynadakı azərbaycanlı iş adamı İqbal Mahmudovun ölümündə hallandırılan Qulam Əkbərov kimi şəxslərə güvənən Nizaməddin Quliyev karyerasının uzun müddətli olacağını zənn edir. Lakin yanılır. Hətta Qulam Əkbərovun bu gün nəqliyyat naziri Ziya Məmmədova belə sığınması da onu məlum prosesdə hədəf olmaqdan yayındıra bilməyəcək. Bundan isə daha çox zərər görəni Nizaməddin Quliyev olacaq».

Mənbəmiz iddia edir ki, məhz bu baxımdan isterik addımları bir-birinin ardından atan Nizaməddin Quliyev hətta «yuxarıdakı» işbaz məmurlardan birinə də seçkidən sonra da vəzifəsində qalması üçün «görüm-baxım» edib.

Geri qayıt