Əsas Səhifə > Hadisə > BAKIDA SÖYÜŞƏ GÖRƏ ADAM ÖLDÜRÜLDÜ
BAKIDA SÖYÜŞƏ GÖRƏ ADAM ÖLDÜRÜLDÜ10-06-2013, 10:11 |
İyunun 9-da Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Puta qəsəbəsində Bakı sakini Cabbarov Nazim Şahin oğlu həmyerlisi Rzayev İrşad Qüdrət oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş şəxs tutulub. O ilkin ifadəsində bildirib ki, İ.Rzayevi söyüş söydüyünə görə bıçaqlayıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır. Geri qayıt |