Əsas Səhifə > Gündəm, Manşet > CƏLİLABADIN İCRA BAŞÇISI TƏHLÜKƏLİ BİZNESDƏ

CƏLİLABADIN İCRA BAŞÇISI TƏHLÜKƏLİ BİZNESDƏ


10-06-2013, 10:06
CƏLİLABADIN İCRA BAŞÇISI TƏHLÜKƏLİ BİZNESDƏ
ƏZİZ ƏZİZOV BU GÜN QEYRİ-LEQAL SPİRT BİZNESİNDƏ ƏSAS FİQURA ÇEVRİLİB

DİA.AZ: - İsti havaların gəlməsi səbəbindən bazardakı spirtli içkilərin keyfiyyəti ilə bağlı yarana biləcək problemlər də aktuallaşıb. Artıq qeyri-leqal şəkildə istehsal olunmuş spirtli içkilərdən zəhərlənənlərin olması ilə bağlı ilkin siqnallar da gəlməkdədir ki, bu da sözügedən sahəyə nəzarəti zəruri edir.

Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalardan isə aydın olur ki, əslində bu gün spirtli içkilərin qeyri-leqal biznes idə elə ayrı-ayrı məmurların himayəsi altındadır. Hər halda, bu biznesi formalaşdırmağın özünün nə qədər çətin bir proses olması faktdır. Amma nədənsə hansısa məmurun dondurma, hansısa başqa bir məmurun şirə monapoliyası naminə iqtisadi inkişaf nazirliyinin antiinhisar xidməti xırda dondurma və şirə sexlərini hədəfə aldığı təqdirdə, qeyri-leqal spirtli içki istehsalı ilə məşğul olanları görməməzlikdən gəlir ki, bu da təsadüfi hesab oluna bilməz.

Redaksiyamıza bu barədə ilginc bilgiləri verən məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, hətta bui şin içində bir rayonun icra başçısı da var. Mənbənin DİA.AZ-a sölədikləri: «Məsələn, illərdir Cəlilabad rayonuna başçılıq edən Əziz Əzizov bu gün qeyri-qanuni spirt biznesində əməlli-başlı kök salanlardan biridir. Onun isə «yuxarıdakı» ortaqlarının kimliyini təxmin etmək çətin deyil».

Bir başqa qaynaqdan daxil olan məlumatda isə bildirilir ki, Əziz Əzizov hətta ölkəyə İrandan yalnız sənayedə istifadəsi nəzərdə tutulan texniki spirti gətizdirən yeganə şəxsdir: «Bu, mühüm faktor olsa da, nədənsə onu həm vəzifədə saxlayırlar, həm də biznesi ilə bağlı sorğu-sual edən yoxdur».

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt