Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: SÖYÜN SADIXOV HƏBSDƏKİ ADAMINI QURTARA BİLDİ

ŞOK: SÖYÜN SADIXOV HƏBSDƏKİ ADAMINI QURTARA BİLDİ


8-06-2013, 11:40
ŞOK: SÖYÜN SADIXOV HƏBSDƏKİ ADAMINI QURTARA BİLDİ
DİA.AZ: - Bir neçə gün əvvəl Sankt-Peterburqda həyata keçirilən bir həbs qərarı ilə bağlı oxucularımızı yetərincə məlumatlandırmışdıq. Söhbət Rusiyada В«qarpız kralıВ» kimi tanınan İlya (İlham) Əliyevin bir rus iş adamına qarşı sui-qəsd cəhdi, bir erməni iş adamını isə öldürməsi ittihamları ilə həbs olunmasından gedir.

Xatırladaq ki, bu səs-küylü olayla bağlı Rusiyada və eləcə də Azərbaycanda kifayət qədər ciddi dairələrin hərəkətə keçdiyi də məlum olmuşdu. Çünki sıradan birisi olmayan və Rusiyanın xüsusi xidmət orqanlarının əli ilə bu günə kimi daha çox azərbaycanlı iş adamlarına qarşı В«əməliyyatlardaВ» iştirak edən İlya Əliyevə həm məşhur В«AzerrosВ»dan və həm də Bakıdan yetərincə dəstək verənlər var idi.

Qeyd edək ki, İlya Əliyev В«AzerrosВ»un Sankt Peterburqdakı nümayəndəsi olsa da, nədənsə bu barədə mətbuata xüsusi müraciət ünvanlayan Söyün Sadıxov deyilənləri inkar etdi. Amma fakt faktlığında qalır və fakt da ondan ibarətdir ki, artıq Söyün Sadıxov İlya Əliyevin azadlığa buraxılması üçün hərəkətdə olmasını gizlədə də bilmir.

DİA.AZ-ın Rusiya mətbuatına istinadən verdiyi informasiyalardan aydın olur ki, iyun ayının 6-da nəhayətdə İlya Əliyevin həbsdən azad olunmasına nail olunub. Bu barədə danışan Rusiyadakı qaynaqlarımız isə redaksiyamıza bildiriblər ki, İlya Əliyevin zaminə buraxılmasında Söyün Sadıxovun ciddi iştirakı var.

Onu da bildirək ki, məhkəmənin verdiyi bu qərar Rusiyada heç də birmənalı qarşılanmayıb və artıq etirazların baş qaldırdığı söylənilir.

DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, həm Azərbaycanda və həm də İspaniyada mülkləri olan İlya Əliyevin əlindəki təxminən 700 milyon dollarlıq sərvət onun hər zaman Rusiyanın hüquq-mühafizə orqanlarının əlindən gizlənməsinə şərait yarada bilər.

Bildirək ki, İlya Əliyev əslində bu vaxta qədər müxtəlif yollarla onlarla azərbaycanlı iş adamını öldürmüş, neçəsini həbsə atdırmış, neçəsini isə Rusiyadan qaçaq salmışdı. Bu adam yalnız erməni əsilli iş adamına və rus əsilli sahibkara В«ilişdikdənВ» sonra rus polisinin nəzərlərini В«cəlb etdiВ» ki, bunun da nəticəsində həbs olunmuşdu. İndi isə Söyün Sadıxovun sayəsində azadlığına qovuşub.

Geri qayıt