Əsas Səhifə > Güney Press / Manşet > RAYON TƏHSİL İDARƏLƏRİNƏ SÜPÜRGƏ ÇƏKİLİR
RAYON TƏHSİL İDARƏLƏRİNƏ SÜPÜRGƏ ÇƏKİLİR7-06-2013, 16:08 |
![]() DİA.AZ: - Keçən günlərdə Abşeron təhsilində özbaşına mühitin yaranması ilə bağlı faktları diqqətinizə təqdim etmişdik. Indi isə redaksiyamıza bu istiqamətdən yeni informasiyalar daxil olub. Qeyd edək ki, DİA.AZ-ın əldə etdiyi bilgilərə qarşı tərəfin də münasibətini öyrənmə cəhdləri boşa çıxıb. Kimsə bu barədə danışmaq istəmədi. Ölkənin təhsil sistemində ciddi boşluqların olduğu dəqiqdir. Bunu təhsil naziri Mikayıl Cabbarov da təsdiqləyər. Hər halda hələ də Misir Mərdanovdan qalma problemlərin məngənəsində qalmasından belə bir təəssürat yaranır. Məsələ belədir ki, bəzi rayonların təhsil şöbələri yerli İcra Hakimiyyəti orqanları ilə əlbir olaraq, orta məktəblərdən qazanc yeri kimi istifadə edir. DİA.AZ-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Abşeron rayonunda bu sahədə vəziyyət olduqca bərbaddır. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini İradə Gülməmmədova və yerli təhsil şöbəsinin müdiri Nadir müəllim artıq bu sahədə ad çıxaran tərəflərdən biridir. Araşdırma zamanı məlum olub ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən orta məktəblərin direktorları İradə Gülməmmədova və Nadir müəllimin əlindən qan ağlayırlar. Belə ki, adları çəkilən şəxslərin onlardan konkret olaraq pul tələb etdiyinə dair bilgilər var. Bu barədə vurğulanır ki, təhsil şöbəsinin müdiri orta məktəblərdə məktəbli formaları satdırır. Məcburi qaydada həyata keçirilən bu satış işi ilə bağlı Nadir müəllim deyir ki, məsələ onluq deyil.Çünki yığılan pul birbaşa İradə Gülməmmədovaya gedir. Həmçinin o da məlum olub ki, orta məktəblərdə xəstə uşaqlara görə də əlavə dərs saatlarından pul çıxara bilirlər. Belə ki, belə uşaqlar üçün əlavə dərs saatları ayrılır, amma dərslər keçirilmir. Bu saatlar üçün nəzərdə tutulmuş pulları isə özlərinə götürürlər. Məsələ ilə bağlı DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, yeni təhsil naziri artıq rayon təhsil şöbələrinə qarşı da tədbirlərə start verib. Ilk hədəflərdən birinin məhz Abşeron təhsili olduğunu vurğulayan mənbəmiz onu da əlavə etdi ki, nazirin Abşeron rayon təhsil idraəsinin vəzifəsində saxlamayacağı indidən görünür: “Çünki Nadir müəllimlə bağlı ciddi əks faktlar var. Bu faktlar isə onun nəinki vəzifə başında saxlanılmayacağını əsaslandırır, hətta həbsə belə göndərilməsi üçün yetərlidir”. Geri qayıt |