Əsas Səhifə > Hadisə > ASAYİŞİ KİM POZUB?

ASAYİŞİ KİM POZUB?


16-12-2011, 11:42
ASAYİŞİ KİM POZUB?

DÖVLƏT QURUMLARI AYDINLIQ GƏTİRİR

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu Azərbaycanın Lənkəran rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.

Bu qurumların mətbuat xidmətlərindən APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 17.30 radələrində Lənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər. Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışmış, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb.
Fakt üzrə rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Geri qayıt