Əsas Səhifə > Sosial, Manşet > ƏLİLLƏRDƏN MÜRACİƏT: BİZİ ADAM YERİNƏ QOYUN!

ƏLİLLƏRDƏN MÜRACİƏT: BİZİ ADAM YERİNƏ QOYUN!


7-06-2013, 12:18
ƏLİLLƏRDƏN MÜRACİƏT: BİZİ ADAM YERİNƏ QOYUN!
«ƏLİLLƏRİN DÜŞMƏNİ» OLAN BİZNES QURUMLARININ ADLARI AÇIQLANACAQ

DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup müharibə veteranı iştirakçısı dünən toxunduğumuz mövcu ilə əlaqədar mövqelərini ifadə ediblər. Söhbət əlillərə bankların kredit etibar etməməsindən gedir.

DİA.AZ-a Qarabağ müharibəsi və əlilləri adından edilən müraciətdə deyilir: «Həqiqətən də bu gün ürəkağrıdan məsələdir ki, Azərbaycanda əlillərə ögey münasibət var. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin xətti ilə göstərilən dövlət qayğısı xaric əlillərə sanki bir düşmən münasibət mövcuddur. Heç bir bank və yaxud da kredit verən təşkilat iddia edə bilməz ki, əlilləri normal bir tərəfdaşq kimi qəbul edir.

Biz onlardan nə güzəşt, nə də hörmət istəmirik, sadəcə bu ölkənin vətəndaşı kimi qəbul olunmağımızı tələb edirik və dövlətin müvafiq qurumlarına bununla bağlı müraciət edərək bildiririk ki, bizim konstitusyon haqqımızı bərpa etməyə nail olsunlar».

Müraciət müəllifləri özlərinin qara siyahılarını da müəyyən ediblər: «Bizim kredit götürməyimizi əngəlləyən banklar sırasında «Bank of Baku»nun, «Unibank»ın və digərlərinin adını çəkə bilərik. Eyni zamanda bir neçə biznes strukturu da var ki, onlardan hər zaman rədd cavabı eşitmişik».

Daha sonra Veyisov Səmədağa Maarif oğlu, Əliyev Əkbər Müzəffər oğlu və həmçinin daha 19 nəfərin imzaladığı müraciətdə bildirilir ki, onlar yaxın günlərdə adları «qara siyahılarında» olan və ƏLİLLƏRİN DÜŞMƏNİ kimi təqdim olunan bank və biznes strukturlarının tam siyahısını mətbuata açıqlayaraq, prezidentə də problemin həlli ilə bağlı müraciət edəcəklər.

Geri qayıt