Əsas Səhifə > Siyasət, Manşet > KÜRD QRUPLAŞMASININ DAHA BIR PAXIRI

KÜRD QRUPLAŞMASININ DAHA BIR PAXIRI


16-12-2011, 11:35
KÜRD QRUPLAŞMASININ DAHA BIR PAXIRI

PREZİDENTDƏN ABDULLA ABDULLAYEVƏ DƏSTƏK MESAJI

DİA.AZ: - Bir müddət əvvəl adı gündəmdən düşməyən A.M.A.Y. şirkətinin prezidenti Abdulla Abullayevlə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumatlara görə, »Azərsun Holdinq»in rəhbəri Abdolbari Gözəl və »Texnikabank»ın təzyiqləri ilə üzləşən və nəticədə mətbuat vasitəsilə ölkə rəhbəri İlham Əliyevə müraciət edərək, ondan yardım istəyən A.Abdullayevin durumu barədə prezidentə məlumat verilib.

Xatırladaq ki, A.Abdullayev eks-prezident Heydər Əliyevə misilsiz xidmətlər göstərmiş bir şəxsdir. Belə ki, o, H.Əliyev Moskvadan Naxçıvana qayıdarkən könüllü şəkildə polisdən istefa verərək, H.Əliyevin mühafizəsinə qoşulub. Hətta deyilənlərə görə. A.Abdullayev gecə-gündüz H.Əliyevin qapısı önündə keşik çəkməklə yanaşı, vaxtilə »ona nəsə etmək istəyən mənim meyitimin üstündən keçməlidir» ifadəsini də işlədib. O, H.Əliyev Bakıya gəldikdən sonra isə biznes fəaliyyətinə başlayıb və qısa müddət ərzində ciddi nailiyyətlər əldə edərək, ölkənin ən ciddi iş adamları sırasında yer alıb. Ancaq mətbuatdan da bəlli olduğu kimi, son dövrlər kürd mənşəli Abdolbari Gözəl və »Texnikabank» A.Abdullayevi ciddi şəkildə sıxışdırmışdılar ki, bu da ölkə mətbuatında ciddi rezonans doğurmuşdu. Lakin A.M.A.Y. prezidentinin dövlət başçısına müraciəti göründüyü kimi cavabsız qalmayıb.

Məlumatlı mənbənin DİA.AZ-a verdiyi bilgiyə görə, prezident İlham Əliyev məsələ ilə bağlı məlumatlandırıldıqdan sonra, Abdolbari Gözəl haqqında »o kimdir ki, mənim atama bu qədər təmənnasız xidmətlər göstərmiş bir insana qarşı bu addımı atır... Onunla heç kimin işi olmasın və o təzyiq göstərənlərə də yerlərini göstərin» deyib.

Mənbə qeyd edir ki, bundan sonra Abdolbari Gözəl və »Texnikabank» rəhbərliyi geri addım ataraq əməllərini sığortalamaq üçün A.Abdullayevlə barışmaq yollarıaramaqdadırlar. A.M.A.Y. prezidentinin məsələ reaksiyası isə hələlik bəlli deyil.


Geri qayıt