Əsas Səhifə > Güney Press / Manşet > YENİ NAZİR KÖHNƏ MAFİYA İLƏ BACARA BİLMİR

YENİ NAZİR KÖHNƏ MAFİYA İLƏ BACARA BİLMİR


6-06-2013, 17:25
YENİ NAZİR KÖHNƏ MAFİYA İLƏ BACARA BİLMİR
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, yeni təhsil naziri Mikayıl Cəbbərov təhsil nazirliyinin bir neçə yüksək ranqlı əməkdaşını işdən çıxara bilməsi üçün В«yuxarıВ» instansiyalara müraciət etmək zorunda qalıb.

Mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Mikayıl Cabbarov konkret olaraq TN-nin yetkililəri İlham Mustafayevin, Faiq Şahbazlının və daha bir neçə nazirlik əməkdaşının vəzifələrindən alınması üçün ciddi maneə ilə üz-üzə qalıb:

В«Konkret olaraq, Nazirliyin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Musatafayevin vəzifəsindən alınması Mikayıl Cabbarov üçün ciddi problemə çevrilib. Belə ki, İlham Mustafayev şübhəli çevrələrin himayəsi altında olduğundan yeni nazir onu yerindən tərpətməyə müvəffəq olmayıb. Və nəticədə hakimiyyətin daha üst düzəyinə yardım üçün müraciət edibВ».

Məsələni araşdırırıq və yaxın vaxtlarda diqqətinizə daha dolğun bilgilər verəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt