Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOV BAKIYA QARŞI PLANIN MƏRKƏZİNDƏ
ABBAS ABBASOV BAKIYA QARŞI PLANIN MƏRKƏZİNDƏ6-06-2013, 11:12 |
RATİ RƏHBƏRİ KREMLİN ÜNLÜ SİMALARINDAN BİRİ İLƏ SEÇKİ BAZARLIĞINDA DİA.AZ: - Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov rəsmi Bakı ilə münasibətlərini nə qədər qorumağa çalışırmış kimi davransa da, vəziyyətin heç də görüntüdəki kimi olmadığı faktdır. Abbas Abbasov yalnız danışığında Azərbaycan iqtidarının maraqlarını güdsə də, davranışları ilə daban-dabana zidd bir siyasəti sərgiləyir ki, bu da diqqətlərdən yayına bilməz. Rusiyadakı qaynaqların DİA.AZ-a ötürdüyü informasiyalardan belə məlum olur ki, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiyə Azərbaycan Təşkilatları İttifaqının sədri olan Abbas Abbasov tam olaraq Kremlin ideyalarını gerçəkləşdirməklə məşğuldur. Mənbə ortaya real sübutlar da qoyur: «Dünən Abbas Abbasov Kremlin çox tanınmış polittexnoloqlarından biri ilə görüşüb. Həmin şəxsi Azərbaycanda da yaxşı tanıyırlar. 2003-cü il 15-16 oktyabr hadisələrinin ssenari müəlliflərindən biri hesab olunur». Mənbəmiz iddia edir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində rəsmi Bakı ilə münasibətləri həddən-ziyadə gərgin olan Kremlin belə bir simasının Abbas Abbasovla görüşü təsadüfi ola bilməz: «Hər halda, həmin şəxslə Abbas Abbasov Azərbaycan diasporasının Rusiyadakı fəaliyyətini müzakirə edə bilməzdi». Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə Abbas Abbasovun ailəsini, yaxınlarını Azərbaycandan çıxaracağı haqda yayılan məlumatlar dat həqiqətə uyğundur: «Məsələn, Moskvada Abbas Abbasova Kremlin başbilənləri tərəfindən böyük bir ərazisi olan villa bağışlanıb. Doğrudur, «AST»-də vitse-prezident olan Abbas Abbasovun bu kimi ənamlara ehtiyacı yoxdur. Amma burada məsələ hədiyyənin daha çox siyasi anlam kəsb etməsindədir». Mənbəmiz bildirir ki, həmin villada Abbas Abbasovun yaxınlarının qalması nəzərdə tutulub. Geri qayıt |