Əsas Səhifə > Hadisə > "GÖYÇAY CASPİAN" MMC-NİN OFİSİNDƏN MEYİT ÇIXDI

"GÖYÇAY CASPİAN" MMC-NİN OFİSİNDƏN MEYİT ÇIXDI


6-06-2013, 09:42
"GÖYÇAY CASPİAN" MMC-NİN OFİSİNDƏN MEYİT ÇIXDI
TÜRKİYƏLİ İŞ ADAMI ÖLDÜRÜLÜB

Bakıda Türkiyə vətəndaşı qətlə yetirilib.

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Azərbaycan prospekti ev 23 mən 20 ünvanında yerləşən “Göyçay Caspian” MMC nin ofisində qeydə alınıb. Ofisdə 1969-cu il təvəllüdlü Türkiyə vətəndaşı Alım Məhəmmədin meyiti aşkarlanıb.

Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi məlum olub .Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt