Əsas Səhifə > Güney Press / Manşet > ARDNŞ ŞEFİNİN ADAMINA 20 MİLYONLUQ CƏRİMƏ
ARDNŞ ŞEFİNİN ADAMINA 20 MİLYONLUQ CƏRİMƏ5-06-2013, 16:25 |
![]() DİA.AZ: - Bidzina İvanaşvili Gürcüstanda hakimiyyəti ələ keçirəndən sonra ölkəmizə qarşı bir sıra addımları ilə diqqətə gəldi ki, onların da sırasında Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı fəaliyyətinə törədilən maneələr də var idi. Xatırladaq ki, İvanaşvilinin göstərişi ilə В«Socar GeorgiaВ» şirkətinə qarşı cinayət işi açılmışdı və gürcü vergi polisi В«Socar GeorgiaВ»nın rəhbərliyini 26 milyon lari həcmində vergidənyayınmada ittiham edirdi. Bu isə təxminən 13 milyon ABŞ dolları edir. DİA.AZ bildirir ki, bundan sonra məsələyə reaksiya verən Rövnəq Abdullayev keçən ilin noyabr ayının əvvəllərində Tiflisə getməli oldu. Bu səfərə qədərsə В«Socar GeorgiaВ»nın vitse-prezidenti, eyni zamanda ARDNŞ şefinin Gürcüstandakı biznesinin əsas yönəticisi kimi tanınan Mahir Məmmədov cinayət təqibindən qurtulmaq üçün Bakıya qaçıb gəlmişdi. Və Rövnəq Abdullayev təkrarən adamının Gürcüstana qayıdışını təmin edir və arada nisbi sakitlik yaranır. Qeyri-rəsmi mənbələrin məlumatından isə aydın oldu ki, bu proses ARDNŞ şefinin xeyli miqdarda xərcə düşməsilə yola verilib. Və hətta İvanaşviliyə bahalı hədiyyələrin verilməsi barədə də xəbərlər yayıldı. DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, amma deyəsən, В«gürcü arzusuВ» koalisiyası Rövnəq Abdullayevin qanını yenidən qaraltmaq fikriinə düşüb. Bu barədə Gürcüstandakı mənbələrdən redaksiyamıza ötürülən informasiyada bildirilir ki, В«Socar GeorgiaВ»nın nümayəndələri yenidən Gürcüstanın vergilər nazirliyinin istintaq idarəsinə dəvət olunub. Mənbə iddia edir ki, onlardan qalan vergi borcu tələb edilməklə yanaşı, həmçinin əlavə faizlər də hesablanaraq məbləği 20 milyon ABŞ dollarından bir qədər artıq məbləğə çatdırıblar. Hər halda, bunun Rövnəq Abdullayev üçün ciddi zərbə olduğunu sanırıq. Ən azından ona görə ki, cərimənin onun şəxsi büdcəsi hesabına ödəniləcəyi şübhəsizdir. Geri qayıt |