Əsas Səhifə > Hadisə > FHN ŞEFİ İSMƏT ABBASOVU QARALAYIB

FHN ŞEFİ İSMƏT ABBASOVU QARALAYIB


5-06-2013, 12:34
FHN ŞEFİ İSMƏT ABBASOVU QARALAYIB
KTN RƏHBƏRİNİN OBYEKTİNƏ ƏL QOYULDU

Taxıl biçini mövsümü başladığı indiki ərəfələrdə regionun bütün taxıl ehtiyatını tədarük edən Beyləqan Taxıl Tədarükü Kombinatı əvvəlki sahibinin əlindən alınıb. Bu barədə Beyləqandan PİA.AZ-a daxil olan məlumatda bildilir ki, 2005-ci ildən adı keçən müəssisəyə rəhbərlik və kombinatın səhmlərinin əsas hissəsinə sahib olan Süleyman İsmayılov müəssisə üzərindəki bütün hüquqlarını fövqəladə hallar naziri Kəmadləddin Heydərovun adamlarına təhvil verib.

Məlumatda bildirilir ki, İsmayıl Süleymanov əlindəki səhmləri təhvil verib və hazırda Beyləqan Taxıl Tədarükü Kombinatına FHN şefinin adamı rəhbərlik edir. Bildirilir ki, Süleyman İsmayılovun Kombinatı təhvil verməyə zorlanıb.

Qeyd edək ki, Beyləqan Taxıl Tədarükü Kombinatı 2005-ci ildə istifadəyə verilib və ölkəninin ən böyük taxıl ambarlarından biri hesab olunur. Süleyman İsmayılov bölgədə həmçinin ən böyük çörək kombinatının sahibidir və ərazidəki ordu birliklərini çörəklə təmin edir. Süleyman İsmayılovun kənd təsərrüfatı naziri İsmət Abbasova bağlı iş adamı olduğu da verilən məlumatda yer alır.

Bildirilir ki, Kəmaləddin Heydərovun Beyləqan Taxıl Tədarükü Kombinatına əl qoyması da məhz FHN şefinin Kənd Təsərrüfatı Nazirliyini ələ keçirmək üçün atdığı növbəti addımdır. Qeyd edək ki, 3 ildən artıqdır ki, Kəmaləddin Heydərov İsmət Abbasovu sıradan çıxarmağa və Kənd Təsərrüfatı Nazirliyini ələ keçirməyə çalışır.

Geri qayıt