Əsas Səhifə > Siyasət, Manşet > GORANBOYUN İCRA BAŞÇISI İLƏ BAĞLI DƏHŞƏTLİ FAKTLAR

GORANBOYUN İCRA BAŞÇISI İLƏ BAĞLI DƏHŞƏTLİ FAKTLAR


5-06-2013, 11:45
GORANBOYUN İCRA BAŞÇISI İLƏ BAĞLI DƏHŞƏTLİ FAKTLAR
NİZAMƏDDİN QULİYEV HANSI ÜSULLA ÖZÜNÜ «TƏMİZƏ» ÇIXARTMAQ İSTƏYİR

DİA.AZ: - Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin başının dərddə olması barədə hələ xeyli əvvəldən məlumat vermişdik. İndi isə redaksiyamıza Goranboyun rəhbəri ilə bağlı ilginc faktlar ötürülüb ki, bu faktların əslində onun vəzifəsindən alınması üçün yetərli olduğu təkzibedilməzdir.

Məlumatlı qaynaqlar tərəfindən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, rayonda əməlli-başlı hərc-mərclik yaradan, məmur özbaşınalığını stimullaşdıran Nizaməddin Quliyev himayədarı Qulam Əkbərova güvənərək hətta ayrı-ayrı məmurları, tanınmış simaları belə satın almağa girişib. Buna səbəbsə, onun və oğlu barəsində yayılan faktların həm hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi və həm də qarşısının alınması marağıdır.

Bildirək ki, Qulam Əkbərov nəqliyyat naziri Ziya Məmmədovun çətiri altında gizlənən kifayət qədər kriminallaşmış bir iş adamıdır. Hətta bu günlərdə məlum oldu ki, Ukraynada Azərbaycan diasporasının tanınmış simalarından olan İqbal Mahmudovun qətlinin sifarişçisi də Qulam Əkbərov olub. Bu barədə faktlar həmin qətl hadisəsilə bağlı Ukraynada qurulan məhkəmə istintaqı zamanı açıqlandı və şahid ifadələrində qeyd olunurdu ki, Qulam Əkbərov İqbal Mahmudovu 3 milyonluq borca görə öldürtdürüb.

Bir sözlə, belə bir kriminal söykənəcəyə malik olan Nizaməddin Quliyevin bu gün oğlunun bank sektorundakı külli miqdarda mənimsəməsi faktının qarşısının alınması, həmçinin özünün korrupsiya əməllərinin, habelə bir sahibkarı şərləyərək həbsə atdırması faktlarının ört-basdır edilməsi üçün tanınmış simalardan birinə 10 min manat rüşvət verdiyi söylənilir.

Mənbə bildirir: «Həmin pul mətbuatda Nizaməddin Quliyevlə bağlı faktların «unutdurulmasına» ayrılıb. Və elə buna görə də, bu gün pulu alan çevrə ciddi marıqda yatırmış kimi davranaraq Nizaməddin Quliyevdən yazan KİV-ləri hədəfə alır».

Onu da bildirək ki, DİA.AZ redaksiyasına bu proseslə bağlı ilginc faktlar ötürülüb və Nizaməddin Qudiyevi himayə edən, onu mətbuatda qoruyan şəxslərin kimliyi ilə bağlı də səhih bilgilər verilib. Yaxın vaxtlarda onların da adlarını açıqlayacağıq ki, bu da cəmiyyətdə şok effekti yaradacaq. Bizi izləməkdə davam edin.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt