Əsas Səhifə > Gündəm, Manşet > MƏHƏRRƏM ƏLİYEVİN YENİ GÖRƏVDƏ İLK FİASKOSU
MƏHƏRRƏM ƏLİYEVİN YENİ GÖRƏVDƏ İLK FİASKOSU5-06-2013, 11:11 |
ŞƏHİDİN ÖLÜM İŞİNİ NƏZARƏTƏ GÖTÜRƏN PA RƏSMİSİ NƏDƏN GERİ DURUB? DİA.AZ: - Prezident Administrasiyası rəhbərinin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinə təyin edildikdən sonra əksər ekspertlər Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin yenidən revanş götürdüyünü xüsusi olaraq vurğuladılar. Və çox keçmədi ki, bu kimi şərhlərə qarşı PA şefinə yaxın qaynaqlar tərəfindən mətbuata belə bir izhahat verildi: «O, sadəcə olaraq Ramiz Mehdiyevin köməkçisidir». Yəni əslində bununla məsələyə nöqtə qoyulmuş oldu. Və sonradan da anlaşıldı ki, Məhərəmmə Əliyev sadəcə olaraq PA-da günlərini keçirməsi üçün görəvləndirilib. Çünki DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, keçmiş «qorotdel» rəisi təzə iş yerində hələ də özünü diskomfort hiss edir, eyni zamanda hansı səlahiyyətin sahibi olmasından belə məlumatsızdır. Xatırladaq ki, ordudakı səs-küylü əsgər ölümlərinin biri ilə bağlı mətbuat qarşısına çıxan Məhərrəm Əliyev bu işi xüsusi olaraq nəzarəti altında saxlayacağını da bildirmişdi. Yəni günahkarların layiqli cəzalarını alacağına nail olacağını bəyan etmişdi. Söhbət N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölümündən gedir. Bildirək ki, Ceyhun Qubadov Abşeron rayon hərbi komissarlığından hərbi xidmətə cəlb olunmuşdu. Həmin hərbi komissarlığa isə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun bacısı oğlu Vüsal Babayev rəhbərlik edir. Yəqin ki, bu informasiyalar Məhərrəm Əliyevin acizliyinin sübutu üçün yetərli hesab oluna bilər. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, birbaşa olaraq PA şefi Ramiz Mehdiyevə yaxın adam kimi tanınan Vaqif Axundovun qohumunun əsgər ölümü ilə bağlı sorğu-sual edilməsi belə Məhərrəm Əliyev üçün imkansız olub: «Buna təbii ki, cəhd edib, amma alınmayıb. Və ona hansı həddə səlahiyyətli olduğu anladılıb. Çünki əslində Ceyhun Qubadovun dünyasının dəyişməsinin bir nədəni əgər onun qulluq etdiyi hərbi hissənin yetkililərinin məsuliyyətsizliyi idisə, digər nədəni də sağlıq durumunda problemi olan əsgəri orduya cəlb edən hərbi komissarlığın özbaşınalığı idi. Amma buna rəğmən Məhərrəm Əliyev yeni vəzifəsində vəd etdiyi ilk sözünü tuta bilmədi». Geri qayıt |