Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT PKK-NI HİMAYƏDƏ İTTİHAM OLUNDU
HAKİMİYYƏT PKK-NI HİMAYƏDƏ İTTİHAM OLUNDU5-06-2013, 09:28 |
FARS-MOLLA REJİMİ “KURDİNO TV” MƏSƏLƏSİNİ YENİDƏN DİQQƏTƏ GƏTİRDİ DİA.AZ: - Özünün antiAzərbaycan ruhu ilə seçilən İranın xüsusi xidmət orqanlarına məxsus “AranNews” portalı bu dəfə rəsmi Bakıya qarşı təbliğatında “kürd kartı”ndan istiufadə edib. DİA.AZ bildirir ki, Azərbaycana məxsus peykdə “KurdinoTV”yə də yer ayrılmasını qabardan sözügedən portal bununla da Azərbaycan hakimiyyətini PKK-ya dəstək verməkdə ittiham edib. Molla mətbuatında yer alan həömin informasiyanı olduğu kimi diqqətinizə təqdim edirik: “Qabaqlar Azərbaycan dövlətinin ölkənin qərb rayonlarının kürdlərinə maddi dəstək verməsi barədə qeyri-rəsmi xəbərlər mətbuata sızmışdı və bu barədə Wikileaks saytında bəzi sənədlər də mövcud idi. Hətta, bu xəbərlər Azərbaycan dövləti tərəfindən rəsmi olaraq təkzib edilmədi. Həmçinin, bu saytda dövlətin iqtisadi və siyasi və Elmar Vəliyevin şəxsi dəstəyi nəticəsində Gəncənin müxtəlif iqtisadi bölgələri kürdlərin ixtiyarına verilib və şəhərin hotellərdən biri də onların fəaliyyət mərkəzinə çevriib. Qeyd edək ki, saytın yaydığı sənədlərdə Türkiyə dövləti əleyhinə döyüşən PKK-nın bir hissəsinin Azərbaycanda təlim alması da deyilir. Amma bu dəfə dövlətin kürdlər, əsasən də PKK-nı qeyri rəsmi himayə etməsi xəbəri media əhlini təəccübləndirdi. Verilən məlumata görə Azərspies peyk kanalının vasitəsilə “Kurdino tv” kanalı İraqın kürdlər yaşayan ərazilərində rəsmi olaraq yayımlanır. Azərbaycan rəsmiləri qabaqlar iddia etmişdilər ki, bu peyk kanalı Azərbaycan ölkəsi tərəfindən tamamilə alınmışdır və Azərspies adı ilə orbitə buraxılmışdır. Ona görə də bu gün rüsvayçılıqdan qaçmaq üçün bir yol yoxdur. Özünü həmişə Türkiyəyə qardaş dövlət adlandıran və “bir millət, iki dövlət” şüarı verən Azərbayacan indi Türkiyənin müxalifi olan PKK-nı maddi və siyasi baxımdan himayə etdiyi üçün cavab verməli olacaq”. Geri qayıt |