Əsas Səhifə > Güney Press > CAVİD QURBANOV "AĞSU PEREVALI"NDAKI OBYEKTLƏRİ HƏDƏFƏ ALIR
CAVİD QURBANOV "AĞSU PEREVALI"NDAKI OBYEKTLƏRİ HƏDƏFƏ ALIR4-06-2013, 17:50 |
![]() “Azəryolservis” ASC Bakı-Şamaxı yolunun iki əlavə zolağının tikintisi iləə bağlı ikinci mərhələsi üzrə köçürmə planı hazırlayıb. Sənədə əsasən, yol mərkəz xəttdən hər iki tərəfə 30 m olmaqla 60 metr təhkim zolaqlı yol olaraq təsnif olunur. Bu halda layihə zonasına düşən torpaq və obyektlər xeyli artıq olur. URS məsləhət şirkətinin son layihəsinə əsasən, yolətrafı zolağa 0,1461 hektar şəxsi yaşayış ərazisinin və az sayda ağac, təxminən 0.0961 hektar şəxsi kommersiya torpağı (maşın təmir sexi və istifadə olunmayan yanacaqdoldurma məntəqəsi) və müvafiq tikililər; 230 torpaq sahəsi (16,37 hektar); 3.8722 hektar bələdiyyə torpağı düşür. Vətəndaşların və fermerlərin rahatlığı üçün 13 piyada keçidi və heyvan keçidi tikiləcək. Torpaq sahiblərinə kompensasiyalar DB-nın “Bakı-Şamaxı avtomobil yolu boyu torpaq sahələrinin bazar qiymətlərinin araşdırılması” hesabatına əsasən veriləcək. Bakı-Şamaxı yolunun ilk 13,5 km-i 2008-2010-ci illərdə 4 zolaqlıya genişləndirilib. 2011-ci ildən daha 2 zolaq tikilir. Hazırda 30 km tikilir. “Azəryolservis” ASC 46 km-65,7 km sahəsində köçürmə hesabatını açıqlayıb. İkinci mərhələ 65,7-91 km-i əhatə edir. Cəmi 71,4 km yeni yol çəkiləcək. Layihə DB-nın krediti və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Ona görə DB tələblərinə uyğun olaraq, köçürmə planı “Azəryolservis” ASC-nin saytında verilib (http://azeryol.az/az/news/view/260/). Geri qayıt |