Əsas Səhifə > Güney Press / Manşet > KƏRƏM HƏSƏNOVLA BAĞLI FIRTINA QOPARACAQ FAKTLAR
KƏRƏM HƏSƏNOVLA BAĞLI FIRTINA QOPARACAQ FAKTLAR4-06-2013, 17:37 |
|
DİA.AZ: - Artıq gedəcəyi ilə bağlı dastanlar yazılan və bu səbəbdən В«Ölməz Kaşey timsallı məmurlarВ» sırasına qoşulan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı kompromat xarakterli videomaterialların yayılacağı haqda informasiyaları hələ xeyli əvvəldən diqqətinizə çatdırmışdıq. İndi isə bu qəbildən olan ilginc faktları DİA.AZ-a ötürüblər. Məlumatı verən mənbə iddia edir ki, şəxsən Kərəm Həsənovun tanınmış iş adamlarından biri ilə özəlləşdirməyə çıxarılan çox iri dövlət müəssisələrindən birinin bazarlığını edərkən gizli şəkildə videosu çəkilib. Həmin videçəkilişin Bakıdakı istirahət mərkəzlərinin birində lentəə alındığını bildirən mənbəmiz iddia edir ki, bazarlıq zamanı Kərəm Həsənov aşkar surətdə rüşvət də istəyir. Hələlik videomaterialın bəzi texniki təmizləmələrə ehtiyacının olduğunu bildirən mənbəmiz vurğuladı ki, yaxın günlərdə В«youtube.comВ»da həmin video yerləşdiriləcək: В«Bundan sonra nələrin baş verəcəyini, hansı fırtınanın qopacağını təxmin etmək çox çətindirВ». Geri qayıt |