Əsas Səhifə > Siyasət, Manşet > MOLLA REJİMİ YENƏ QATIQLADI

MOLLA REJİMİ YENƏ QATIQLADI


14-12-2011, 13:03
MOLLA REJİMİ YENƏ QATIQLADI

İRAN SAYTI: “AZƏRBAYCANDA ŞİƏLƏR ACINDAN ÖLÜR”

DİA.AZ: - Azərbaycana qənim kəsilən fars-molla mətbuatı yenə də rəsmi Bakıya qarşı ağır ittihamlarla dolu materialları yaymaqddır. Sonuncu belə bir material İranın xüsusi xidmət orqanları tərəfindən yönləndirilən və sırf olaraq Azərbaycan əleyhinə təbliğatı ilə diqqətə gələn «arannyus» xəbər portalında qoyulub.

Bildirək ki, bu dəfə İran rejimi Azərbaycanda məzhəb davası toxumları səpmək niyyətini də gizlətmir. Materialda iddia olunur ki, əhalisinin böyük çoxluğu şiə olan Azərbaycanda şiələr yoxsulluq içində yaşayırlar. Sanki bu yoxsulluğun səbəbi onların şiə olmasındadır. Təbii ki, molla mətbuatı bu iftiraları ilə yetinmir.

Daha sonra ölkə prezidenti İlham Əliyevi sionistlərlə əlaqədə, avtoritarizmdə ittiham edən matreialda Azərbaycan dövlətinə də nümayiş etdirilən həqarət açıq-aşkar duyulmaqdadır. Həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq. Və bu faktlar bir daha təsdiqləyir ki, İrandakı molla rejimi heç bir halda Azərbaycana dost ola bilməz. Ən azından hər gün onlarla Azərbaycan türkünü dar ağacından asan bir rejimin Azərbaycan xalqına dost ola bilməsi də qeyri mümkündür. Burada şiəçilik isə bir bəhanədir. Hər zaman olduğu kimi Azərbaycana münasibətdə də fars-molla rejimi həm islamı, həm də şiəçilyi özünün şovinist maraqları yönündə istismar etməkdədir:

“Azərbaycan Respublikası şiələri ölkə əhalisinin çoxunu təşkil etdikdlərinə baxmayaraq, ağır iqtisdi və ictimai təzəyiqlər altında yaşayırlar. Bakı, məzhəbi məhdudiyyətlər yaratmaqla şiəliyin nicatverici məktəbinə söykənməklə sosial və siyasi maariflənmənin mümkünlüyünün qarşısını almaq istəyir.

Azərbaycan Respublikası Xəzəryanı ölkələrdəndir və İranla mədəni-ictimai ortaqlıqlarına görə həmişə Tehranın xarici siyasətlərindən təsirlənir. Keçən 5 il müddətində Bakının rəftarını izləməklə və bu kiçik və kasıb ölkədə böyük həcmdə korrupsiyanı araşdırmaqla Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diktatorluğunu aydın müşahidə etmək olar.

Atasının ölümündən sonra Azərbaycanda prezidenlik kürsüsünə oturan Əliyev, indi sionist rejimin gizli müttəfiqinə çevrilib və Tehranın ona qarşı hüsni-niyyətindən sui-istifadə edib. İranla bir düşmən kimi rəftar etməsi, Ermənistan qarşısında məğlubiyyəti və Nabucco qaz kəməri planları kimi daxili problemlərinin həllində aciz qalmasından irəli gəlir.

Avropa Birliyinin Qafqaz regionu ölkələri ilə əlaqə tərzi göstərir ki, Avropaya qoşulan bu cografi ərazini gələn onillikdə öz daxili böyük problemləri və korrupsiya kimi daxili məsələləri həll edə bilmədikləri üçün pre-üzvlük layihəsinə qoşulmağa qadir deyillər. NATO müqaviləsi də Azərbycan kimi kiçik ölkələrdən təkcə Rusiya Federasiyasına qarşı istifadə etmək üçündür. AR İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə4 qeydin artırılması, bu ölkənin dini məsələlərə ümumi agahlığından qorxya düşdüyünü göstərir. Ona görə də dini mübəlliğlərə, xüsusən də şiə təlimatçılarına qarşı məhdudiyyətlər yaratmaqla cəhalət və nadanlığın qara bloklarınının əsasını qoymaq istəyir. Dövlət hazırda tələbə ezamına və dini mübəlliğlər arasındakı təbadülə məhdudluq yaradır və bu mədəni azadlıqlara xələl gətirir. Keçən ilin seçkiləri bu kiçik ölkədə 63%-dən yuxarı saxtakarlıqla keçirildi və bu da nəzarətçi kimi iştirak edən AB və digər beynəlxalq təşkilatlarının bu seçkikəri ədalətsiz və səslərin saxtalaşdırılması kimi tərif etməsinə səbəb oldu. Özünü sionist rejiminə daha çox bağlı bilən İlham Əliyevin belə bir dövləti fəzasında anti-İran rəftar Səhər telekanalının Azərbaycan bölməsi nümayəndəsinin Bakıya buraxılmaması ilə bərkidi. Bu rəftar elə bir şəraitdə icra olunur ki, AR-nın Trend Newsxəbər kanalı İranda öz fəaliyyətinə məşğuldur və belə bir rəftar İrşadi İslami Nazirliyinin qarşılıqlı addımını tələb edir.

Qarışıqlıq və təşviş Bakı dövlətinin hərəkətlərinin nəticəsidir. Azərbaycan xalqı arasında öz başçılarının zülmü barədə ümumi məlumatlanmanın əsası qoyulduqda Əliyev və onun köməkçilərinin aqibəti dövrün fironu Hüsnü Mübarəkin aqibətindən yaxşı olmayacaq”.


Geri qayıt