Əsas Səhifə > Güney Press / Manşet > ŞƏMKİR SAKİNLƏRİ DÖVLƏT ADINDAN ALDADILIB
ŞƏMKİR SAKİNLƏRİ DÖVLƏT ADINDAN ALDADILIB4-06-2013, 15:44 |
|
DİA.AZ: - Şəmkir rayonunun Seyfəli və Nərimanlı kənd sakinlərinin bir qrupu çərşənbə axşamı RATİ-də aldadılmaları haqda mətbuat konfransı keçiriblər. DİA.AZ bildirir ki, aldadılmış vətəndaşların vəkili Tağı Hüseynov məsələnin mahiyyətinə toxunub. 2009-cu ildə “Meliorasiya və Su təsərrüfatı” ASC-in Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş müdiryyəti bu kəndlərin bir qrup sakinin torpaqlarını dövlət ehtiyacları adı ilə vətəndaşlardan alıb. Sakinlər burada “Şəmkir su anbarı”nın titkiləcəyini söyləyiblər. Sakinlərin sözlərinə görə, aşağı-yuxarı söhbət bu adla alınan 200 ha torpağın taleyindən gedir. Vəkil burada torpağın alınması sözünün belə yerinə düşmədiyini deyib. Adı çəkilən qurumun rəhbəri Ramiz Vəkilovun müavini Rafael Məmmədov, “Azərdövlətsulayihə” İnstitutunun əməkdaşları Nəbi İsmayılov və Fazil Hüseynov sakinlərə kompensasiyaların bazar qitmətlərilə veriləcəyini deyib. Sakinlərə hansısa sənədlərə qol çəkdiriblər. Amma həmin sənədlərdə sakinlərə veriləcək kompensasiyasının məbləğləri göstərilməyib. Yalnız 2010-cu ilin yayında bankdan pullarını alan sakinlər ciddi şəkildə aldadıqlarını başa düşüblər. Belə ki, torpağın hər sotuna görə sakinlərə 50 manat verilib. Meyvə ağaclarına gəlincə, 5 yaşa qədər olan meyvə ağaclarına görə 1 manat, 5 yaşdan yuxarı meyvə ağaclarına görə 5 manat ödənib. Halbuki, sakinlər Şəmkirdə torpağın 1 sotunun 1000-1300 manatdan az olmadığını deyiblər. Bar gətirən hər bir qoz ağacı sahibinə ildə 450 manatdan çox gəlir verib. Beləcə, aldadıldıqlarını başa düşən sakinlər haqları uğrunda mübarizəyə başlayıblar. Vəkil bu məsələdə birliyi günahkar sayıb. Çünki birlik başçıları vətəndaşın hüququnu bilməməsindən istifadə edərək onu aldadıb. İnsanın hüququnu bilməməsi, hansısa sənədlərə qol çəkməsi belə qarşı tərəfi məsuliyyətdən azad etmir. Bu hadisə ilə bağlı sakinlər dövlət başçısına müraciət ediblər. Bu müraciətə görə rayon icra hakimiyyəti təmsilçiləri sənədə imza atanları qəbula çağırıb. Qəbul zamanı sakinlər şikayətlərinin icra hakimiyyətindən yox, meliorasiya idarəsindən olduğunu deyiblər. O zaman icra hakimiyyəti təmsilçiləri sakinlərə öncə “icra hakimiyyətindən şikayətim yoxdur”, daha sonra isə “ümumiyyətlə şikayətim yoxdur” məzmunlu ərizəyə imza atdırıblar. Sakinlər istər torpağa, istər meyvə ağaclarına görə verilən kompensasiyadan narazıdırlar. Bu məsələni həll etmək üçün artıq 1 saylı Bakı İqtisadi-İnzibati məhkəməsinə müracitət ediblər. Məhkəmə prosesi iyunun 20-nə təyin edilib. Geri qayıt |