Əsas Səhifə > Hadisə > EKSPERTİZA UŞAQ ÖLÜMÜNƏ GÖRƏ HƏKİMLƏRƏ BƏRAƏT VERİB

EKSPERTİZA UŞAQ ÖLÜMÜNƏ GÖRƏ HƏKİMLƏRƏ BƏRAƏT VERİB


4-06-2013, 11:59
EKSPERTİZA UŞAQ ÖLÜMÜNƏ GÖRƏ HƏKİMLƏRƏ BƏRAƏT VERİB
Məlumat verildiyi kimi, ötən ayın əvvəllərində Bakıdakı 3 saylı xəstəxananın doğum şöbəsində ölüm hadisəsi qeydə alınmışdı. Həkimlər ana Xuraman Məmmədovanı xilas edə bilsələr də, doğum zamanı körpə dünyasını dəyişmişdir. Amma ananın xilası da ona baha başa oturmuşdu. Belə ki, gənc xanım ana olmaq şansını birdəfəlik itirmişdi.
Bu ilin may ayının 2-də baş verən doğum zamanı bu hadisənin aydınlaşdırılması üçün Səhiyyə Nazirliyindən bildirilmişdi ki, kimin günahkar olduğunu aydınlaşdırmaq üçün məhkəmə ekspertizanın cavabı gözlənilməlidir.
Bu gün isə Səhiyyə Nazirlinin mətbuat xidmətinin rəməkdaşı Səfayyə Əhmədovanın Mövqe.az-a verdiyi ekskülüziv məlumata görə, 2013-05-02 baş verən hadisə aydınlaşdırılıb: «Məhkəmə ekspertizanın cavabı bəlli olmuşdur. Belə ki, sübut olunmuşdur ki, doğuşda iştirak edən həkim Pərvanə Orucovanın heç bir günahı yoxdur. Həkim sadəcə ölməkdə olan xəstənin canını xilas edibmiş. Əgər həkim P. Orucova xəstə X. Məmmədovanın içini (uşaqlığını) çıxartmasaydı, o ölə bilərdi. Bu zaman isə iki qat faciə olardı. Həkim xəstənin həyatının itirilməməsi üçün o addımı atıb. Əməliyyatı dayandırıb onun qohumlarından icazə almaq təbii ki, o zaman mümkün olmayıb. Söz insan həyatından gedir. O zaman isə bir dəqiqə də itirmək olmazdı”.

Geri qayıt