Əsas Səhifə > Siyasət / Manşet > ƏRDOĞANA BAKIDAN В«İSTEFA VERВ» ÇAĞIRIŞI EDİLDİ

ƏRDOĞANA BAKIDAN В«İSTEFA VERВ» ÇAĞIRIŞI EDİLDİ


4-06-2013, 10:17
ƏRDOĞANA BAKIDAN В«İSTEFA VERВ» ÇAĞIRIŞI EDİLDİ
В«GƏNC MİLLƏTВ» BİRLİYİ AKP İQTİDARINI ANTİTÜRK SİYASƏTDƏ İTTİHAM ETDİ

DİA.AZ: - В«Bu gün qardaş Türkiyədə yaşanılanlar Azərbaycanda da narahatçılıq yaradıbВ». Bu sözlər Azərbaycanda fəaliyyət göstərən В«Gənc MillətВ» İctimai Birliyinin DİA.AZ-a göndərilən bəyanatında yer alıb.

Bəyanat müəllifləri hazırda Türkiyədə hakimiyyətdə olan AKP iqtidarına və onun lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edərək, onu Türkiyə türklərinə qarşı vandalizmi durdurmağa və istefa verməyə çağırıblar:

В«Türkiyə türklərinin iradəsi də belə diqtə edir ki,artıq Ədalət və Qalxınma Partiyası bütövlükdə olaraq hakimiyyətdən getməli, yenidən seçkilər keçirilməlidir. Bunu bu gün Türkiyəni bürüyən xalq etirazları da sübut etməkdədir.

Ərdoğan 10 ildən artıqdır ki, Atatürkün qurduğu cümhuriyyəti silməyə çalışır. Millətin səbri bu yerə qədər imiş. Və millət Ərdoğana В«getВ» deyirВ».

В«Gənc MillətВ»in bəyanatında o da bildirilir ki, bütün Azərbaycan türkləri qardaş Türkiyədə canlarını millət uğrunda fəda edənlərin mübarizəsini alqışlayır, onların yanında olduğunu bəyan edir.

Geri qayıt