Əsas Səhifə > Güney Press / Manşet > İBRAHİMBƏYOVDAN "QURTULUŞ GÜNÜ" SÜRPRİZİ
İBRAHİMBƏYOVDAN "QURTULUŞ GÜNÜ" SÜRPRİZİ3-06-2013, 17:35 |
|
DİA.AZ: - Milli Şuranın ideyavericilərindən olan kinorejissor Rüstəm İbrahimbəyov iyunun 15-də – В«Qurtuluş günüВ»ndə Azərbaycana dönəcək. DİA.AZ bildirir ki, bu eksklüzv xəbəri mia.az-a Milli Şuranın təsisçilərindən biri deyib. Onun sözlərinə görə, təsisçiliklə bağlı son görüşdə prezidentliyə vahid namizəd məsələsi müzakirə olunarkən İsa Qəmbər В«bunun müzakirəsi və elanı hələ tezdirВ» deyərək, özünün namizədliyi üzərində dura biləcəyinin işarətini verdi: В«AXCP sədri Əli Kərimli isə hiss olunur ki, dəyişiklik üçün ən optimal variantın, yəni ən şanslı namizədin önə verilməsindən yanadır. Eldar Namazovla Lalə Şövkətin təmsillçisi Əvəz Temirxan isə birmənalı şəkildə Rüstəm İbrahimbəyovun üzərində dayandı. Maraqlı burasıdır ki, digər partiya təmsilçiləri də buna sıcaq baxırlarВ». Müsahibimiz deyir ki, vəziyyəti belə görən İsa Qəmbər В«Rüstəm İbrahimbəyov bunun üçün ölkəyə dönməlidir. Kənarda yaşamaqla qələbə mümkün deyilВ» deyib: В«Müzakirələr zamanı Eldar Namazov Rüstəm İbrahimbəyovun yaxın zamanda mütləq ölkəyə dönəcəyi, özü də həmin günü sürpriz olacağını dedi. Qərara alındı ki, o, məhz В«Qurtuluş günüВ» ölkəyə dönsün. Burada müəyyən paralelliklər aparanlar təbii ki, olacaq. Amma hesab olundu ki, həmin gününün də öz mənası var. Təsisçilərin qərarı artıq Rüstəm İbrahimbəyova yetişib. O, iyunun15-də namizəd olmaq üçün vətənə dönəcəkВ». Müsahibimiz sond onu da deyib ki, Rüstəm İbrahimbəyovun namizədliyi çoxluq qazansa da, kinorejissorun özünün başqa bir fikrinin olması da gündəmdədir: В«Onun başqa namizədi var. Lakin bu, hələ ki çox məxfi saxlanılır. Yəqin ölkəyə dönüşündən sonra onun kimliyi bilinəcək və müzakirələrdən sonra cəmiyyətə açıqlanacaqВ». Geri qayıt |