Əsas Səhifə > Güney Press / Manşet > ŞIXOV ÇİMƏRLİYİNİ ÖZƏLLƏŞDİRƏNLƏR KİMLƏRDİR?
ŞIXOV ÇİMƏRLİYİNİ ÖZƏLLƏŞDİRƏNLƏR KİMLƏRDİR?3-06-2013, 16:19 |
|
DİA.AZ: - Bu günlərdə məlum oldu ki, qeyri-çimərlik ərazilərində çimən insanlara qarşı çərimələr tətbiq oluna bilər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən verilən məlumatda bildirilir ki, bununla bağlı təkliflər hazırlanır. Eyni zamanda xəbərdə qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyi insanları qeyri-çimərlik ərazilərində çimməkdən çəkindirmək üçün müxtəlif təbliğati işlər aparır. Onu da bildirək ki, 1 iyun tarixindən etibarən ölkədə çimərlik sezonu rəsmən açıq elan olunub. Və bu da bəzi işbazlar üçün əlavə fürsətə çevrilib. Belə ki, DİA.AZ əməkdaşlarının Şıxov istiqamətindəki çimərliklərdə apardığı reydlər zamanı ortaya böyük bir biabırçılıq çıxıb. Əməkdaşlarımız bildirir ki, çimərlik sezonu açıq elan olunsa da, əhali hələ çimərliyə gəlməyə tələsmir. Çünki havalar yetərincə isinmədiyindən hələ də dənizdə suyun hərarəti yetərli deyil. Amma buna baxmayaraq Şıxovda dənizi inhisara alan işbazlar hərəkətə keçiblər. Bütün çimərliklərdə bir adamın girişi 2 manatdır. Bundan əlavə çətir və oturacaq kirayələmək üçün 10 manat pul verməlisən. Bu isə o deməkdir ki, əgər 4 nəfərlik ailə çimərliyə gəlibsə, onlar dənizə daxil olarkən 18 manatlarından keçməlidirlər. Digər xidmət növlərinin də baha olduğunu bildirən əməkdaşlarımız eyni zamanda təklif olunan çayın və yeməyin qiymətinin də şəhərin hətta ən bahalı restoranlarından belə baha olduğunu bildirdi: В«Əgər şəhərdə ən bahalı yerdə kababın şişi 6-7 manatdırsa, Şıxovdakı çimərliklərdə 10 manatdan ucuz kabab yoxdurВ». Əməkdaşlarımız ən biabırçı durumun isə В«EldaradoВ» çimərliyində hökm sürdüyünü bildirdi. Belə ki, bu çimərlikdə hətta qiymətlərdən narazılıq edən vətəndaşlarla kobud davranmaqdan belə çəkinmirlər. Əməkdaşımız bildirir ki, təxminən 20-yə yaxın gənc etiraz edən vətəndaşın üzərinə tökülərək tələb olunan pulu almadan əl çəkmir. Onu da bildirək ki, FHN-nin qərarından sonra çimərliklərin zəbt olunmayan hissəsində əhalinin istiraht etməsi qadağan olunduğundan hər kəs məcburdur ki, şəhərə daha yaxın olan bu bahalıq məkanından istifadə etsin. Bir sözlə, əziz paytaxt sakinləri, sizi çimərlik mafiyasının köləsi olmanız münasibətilə təbrik edirik. Yəni çimərlik sezonunuz mübarək! Geri qayıt |