Əsas Səhifə > Hadisə > AVTOBUS SÜRÜCÜLƏRİ ÜSYANA QALXDI

AVTOBUS SÜRÜCÜLƏRİ ÜSYANA QALXDI


14-12-2011, 11:54
AVTOBUS SÜRÜCÜLƏRİ ÜSYANA QALXDI

ONLAR ƏMƏKHAQQILARINI TƏLƏB EDİRLƏR

Bu gün səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhər sakinlərinin Bakıya gəlməsində problem yaranıb.

“APA-ECONOMICS”in xəbərinə görə, buna səbəb Xırdalan-Bakı (3-cü mkr. dairəsi) marşrutu ilə hərəkət edən 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi olub.

Nəticədə yüzlərlə vətəndaş dayanacaqlarda uzun müddət avtobus gözləməyə və ya Bakıya taksi ilə gəlməyə məcbur olub.

Məsələ ilə bağlı “APA-ECONOMICS”ə açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi xəbərini təsdiqləyib. Onun sözlərinə görə, sürücülər əmək haqlarının gecikdirilməsinə etiraz əlaməti olaraq bu addıma əl atıblar: “Lakin məndə olan məlumata görə, onlar 3-4 gün əvvəl maaşlarını alıblar. Bu səbəbdən onların addımının səbəbi mənim özüm üçün də maraqlıdır”.

N.Həsənov 325 (135) saylı marşrutla hərəkət edən avtobusların başqa sürücülər tərəfindən xəttə çıxarıldığını və problemin artıq həll olunduğunu bildirib.


Geri qayıt